adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Iyun 2016 10:09
5154
İDMAN
A- A+

“Avro-2016”: növbəti 1/4 finalçılar məlum olur

"Avro-2016”nın 1/8 final mərhələsi davam edir.



Qol.az-ın məlumatına görə, bu gün daha üçqarşılaşma keçiriləcək.

Günün ilk oyununda meydan sahibi Fransa millisi İrlandiyanı sınağa çəkəcək.

Digər görüşdə yarışın favoritlərindən sayılan Almaniya millisi Slovakiya ilə qarşılaşacaq.

Günün son oyununda isə Macarıstan və Belçika milliləri üz-üzə gələcək.

Qeyd edək ki, İrlandiya, Slovakiya və Belçika 1/8 finala ən yaxşı qrup üçüncüsü kimi çıxıb.


26 iyun

1/8 final

17:00. Fransa - İrlandiya
Baş hakim:Nikola Ritsoli
Yan xətt hakimləri:Elenito Di Liberatore, Mauro Tonolini
Əlavə köməkçi-hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)
Dördüncü hakim:Aleksey Kulbakov
Lion, şəhər stadionu

20:00. Almaniya - Slovakiya
Baş hakim:Şimon Martsinyak
Yan xətt hakimləri:Pavel Sokolnitski, Tomaş Litskeviç
Əlavə köməkçi-hakimlər:Pavel Raçkovski, Tomaş Musyal (hamısı Polşa)
Dördüncü hakim:Byörn Kuypers
Lill, "Pyer Moro" stadionu

23:00. Macarıstan - Belçika
Baş hakim:Milorad Majiç
Yan xətt hakimləri:Milovan Ristiç, Dalibor Curceviç
Əlavə köməkçi-hakimlər:Danilo Qruyiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim:Yonas Eriksson
Tuluza, şəhər stadionu