adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Iyun 2016 10:00
6809
İDMAN
A- A+

Məşhur boksçu XİN-in idman səfiri oldu

Əfsanəvi boksçu Şakil Onil ABŞ Xarici İşlər Nazirliyinin idman səfiri təyin olunub.

Adalet.az-ın ANS Press-ə istinadən məlumatına görə, sabiq basketbolçu ABŞ Xarici İşlər Nazirliyinin idman səfiri kimi Kubaya səfər edəcək.

Şakil Onil Kubada ölkələr arasında idmanı və mədəni əlaqələri inkişaf etdirəcək. Ondan əlavə "Dallas Maveriks” klubunun baş məşqçisi Kaleb Kanales də Kubaya yollanacaq.

Onlar gənc idmançılar ilə görüşəcəklər. Əfsanəvi basketbolçu iyun ayının 23-dən 28-ə kimi Kubanın paytaxtı Havanada olacaqlar.

Şakil Onil Milli Basketbol Assosiasiyasının ən dəyərli basketbolçularından biridir. O, MBA-nın 4 dəfə çempionu olub. 1996-cı ildə Olimpiya çempionu olub.