adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Iyun 2016 21:48
3627
HADİSƏ
A- A+

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib

Xəzərin Azərbaycan sektorunda batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib.

 

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.