adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Iyun 2016 17:47
12593
KRİMİNAL
A- A+

Qaxda külli miqdarda narkotik tərkibli bitki məhv edilib

Qaxda külli miqdarda narkotik tərkibli bitki məhv edilib.

 


Rayon Polis Şöbəsindən verilən məlumata görə, RPŞ-nin əməkdaşları "Xaşxaş-2016" şərti adı altında əməliyyat tədbiri keçirib. Nəticədə rayonun Fısdıqlı kəndi yaxınlığında istifadə olunmayan 1,2 hektar ərazidə yabanı halda bitmiş çətənə kolları aşkarlanıb. Hal şahidlərinin iştirakı ilə ümumi sayı 6 574 ədəd olan  2,435 ton çətənə kolu yığılaraq yandırılma yolu ilə məhv edilib.

 

RPŞ-dən bildirilib ki, narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin yerinin müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdiriləcək.