adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Iyun 2016 10:30
5199
GÜNDƏM
A- A+

Türkiyə səfərindən bir səhifə

May ayının 10-da, doğum günümdə səhər sübh tezdən qardaş Türkiyəyə uçmalıyam. Adanada - Çukurova universitetində keçirilən simpoziuma dəvət almışam. Oğlum, gəlinim və nəvələrim məni yola salmaq üçün obaşdandan ayaq üstədilər. Hava limanına doğru yola çıxıram. Qəribə kövrək hisslər yolboyu məni ağuşuna alır. Çərkəzin ən böyük arzusu, uşaqlardan arxayın olub, Türkiyə ali məktəblərinin birində işləmək, Azərbaycan ədəbiyyatının zəngin tarixindən dərs demək idi... Əfsus. Bir çox dilədikləri fələyin kəmfürsətliyi üzündən yarı yol, yarı mənzil, olduğu kimi bu arzusu da həyata keçmədi. Nə yazıq ki, bu dünya öz bildiyini heç kəsə vermir və bizlər də çox istəyimizə nail ola bilmirik. Lakin həyat davam edir və biz bu dünyada olmasaq belə, ən azı, doğmaların xatirələrində, istəklərində, əməllərində eləcə də yaddaşlarında həyata keçməyən arzularımıza çatırıq.
Tamilla Əliyeva, uzun illər BDU-da Filologiya fakültəsinin qiyabi şöbəsində mənim ömür-gün yoldaşım Çərkəzlə bir otaqda - dekanlıqda işlədiyindən onun çox-çox arzularını bilir və heç unutmayır. O üzdən də son illər bir neçə dəfə məni Tokatda, Niksarda keçirilən toplantılara dəvət almama səbəbkarlıq edib. Mən bu yazımda öncə ona minnətdar olduğumu ifadə etmək istəyirəm. Tamilla bu gün Əskişəhərdə Osmanqazi Universitetinin professorudur və dünyanın bir çox ölkələrində Azərbaycan naminə gözəl işlər görür, yüksək tribunalardan Qarabağ harayını hər kəsə çatdırmağa çalışır. Onun orada, böyük zəhmət hesabına, qazandığı uğurlarına bir dost kimi sevinir və qürur duyuram. Tamilla xanım Əskişəhərin sevimli sakinidir, onu orada hər kəs çox sevir. Mən hər hara getməliyəmsə, mütləq əvvəl onun oradakı evinə gedirəm oradan da başqa şəhərə birlikdə yollanırıq.
Bu dəfə də çox sevdiyim Əskişəhər məni ilıq havasıyla aldı qoynuna. Ən əsası, ilk dəqiqələrdə məni qarşılayan həmyerlim və həmkarım professor Ələddin müəllimlə görüşüm məni sevindirdi. Çox böyük ürəkli bu insanla hər görüşəndə onun necə qürurlu və təmiz qəlbli insan olduğuna valeh oluram. Çərkəzi də yaxşı tanıyan bu insan orada böyük hörmət sahibidir. Dərs dediyi ali məktəbdə öz alicənablığına, biliyinə və çalışqanlılığına görə çox sevilir və dəyəri də yetərincə bilinir.
Ümumiyyətlə Əskişəhər qəlbovudan və ürəklərə fərəh dolduran böyük və qədim bölgədir. Bu şəhər təmkini və sakitliyi ilə Gəncəyə çox bənzəyir. Burada soyuq üz, biganə insan görmək mümkün deyil. Qəribə burasıdır ki, Tamillanın sayəsində mən də bu gözəl şəhəri çox sevirəm, özümü burada doğmalarımın arasındakı kimi hiss eləyirəm.
Beləcə, dağlar qoynunda yerləşən Əskişəhərin ən şərəfli sakinlərindən birini, yazar, şair və araşdırmaçı, Məhərrəm Kubatı görmək üçün Tamilla xanımla bir yerdə onun iş yerinə - ofisinə yollanırıq. Şəhərin möhtəşəm yerində yerləşən məkanında Məhərrəm bəy bizi evinin qarşısında məhəbbətlə qarşılayır. Məhərrəm bəy o qədər mütəvazi, o qədər mülayim və mehriban insandır ki, onun yanında olarkən elə bilirik ki, doğma evimizdəyik. Yəni bir insan, özü də dünyanın hər üzünü görmüş birisi, ancaq bu böyüklükdə ürək sahibi olarsa bu qədər sevilər. Onu Türkiyə çox sevir, Azərbaycanda yaxşı tanıyır, çünki bizim yazarlarımızla da o tez-tez görüşür. Az sonra məlum olur ki, Tamilla xanımın və Məhərrəm bəyin qonaqları, yəni Əskişəhər şairlər dərnəyinin üzvləri və başqanı İbrahim Sağır bəy də buraya dəvətlidirlər. Bu görüşü mənim şərəfimə keçirməyin ilk təşəbbüskarı gözəl şairə və gözəl ana Şərifə xanım olubdur. Nə yazıq ki, o günü xəstələndiyindən orada olammadı. Sonradan yəni görüşdən sonra biz Şərifə xanımın ziyarətinə birlikdə gedəsi olduq və ona keçmiş olsun söylədik.
Görüşümüş həqiqətən çox təntənəli keçdi. Məni tanıyan və ya elə o günü ilk dəfə görən qələm əhlinin gözlərindəki, sevgini, sonsuz hörməti görməmək mümkün deyildi. Suallar verildi, cavablar alındı. Yenə bizim Tamilla xanım dadlı söz-söhbətiylə hər kəsi məftun edə bildi. Məhərrəm bəy məni illərdi tanıdığından, kitablarımı maraqla oxuduğundan və kitab rəfində mənim kitablarımı xüsusi yerdə saxladığından görüş iştirakçılarına öz düşüncəlirindən fikir yürüdərək şirin-şirin söz açdı. Sonra mən öz taleyimdən, ömür yolumdan söz saldım, Çərkəzdən və valideynlərimdən danışdım. Gözəl şair Aydın Çetin Kaya elə oradaca mənə ünvanladığı yazısını verdi və o yazı artıq "Ədalət" qəzetində işıq üzü görüb...g
Yaddaşımda xüsusiylə və əbədi özünə yuva quran İsmayıl Gül isə insanlığı və şairliyi ilə məni məftun elədi. Keşməkeşli taleyi ilə heç vaxt gözlərimdən getməyən fədakar bir ata gördüm, gördüm və onu özümə qardaş qədər doğma hesab elədim. İnsanın əməlləri ilə yaşamı üst-üstə düşəndə, böyük və əzəmətli olurmuş.
P.S. Çox dəyərli Sona xanım Çərkəzin kövrək səfər təəssüratını oxuyub başa çıxandan sonra onun bizə hədiyyə etdiyi "Gül diyarı" kitabını daha böyük maraqla gözdən keçirdim və Sona xanımın bizə təqdim etdiyi şair İsmayıl Gülün bir həyat hekayətlərinə bənzəyən şeirləri bizləri də duyğulandırdı. Məhz həmin duyğularla sizləri də baş-başa buraxmaq üçün çox hörmətli İsmayıl bəyin şeirlərindən bir neçəsini sizlərin diqqətinə təqdim edirik:

VURURLAR SENİ

Gönül yükseklerden düze in düze,
Eser deli rüzg?r, yel vurur seni.
Aldanma gördüğün her gülen yüze,
Yarası onulmaz, dil vurur seni.

Bir ela gözlüye eylersin nazar,
Fettan bakışları bağrını ezer,
Vuslatı düşlersin meçhule uzar,
Düşersin peşine, yol vurur seni.

Fırtınalar eser garip başında,
Teselli ararsın gözün yaşında,
Mecnuna dönersin Leyla peşinde,
Dermanın tükenir, çöl vurur seni.

Zaman sevincini neşeni alır,
Günler gelir geçer, gam, keder kalır,
Umulmadık işler başına gelir,
Yüce dağ başında, sel vurur seni.

Çile ırmak olur bendini yıkar,
Çaresizlik vurur, boynunu büker,
Bir bakarsın sular yokuşa akar,
Diken mahzun bakar gül vurur seni.

Akıbet meçhuldür asla bilinmez,
Kaderse yaşanır mani olunmaz,
Düşecek olursan dostun bulunmaz,
Kavim kardeş vurur, el vurur seni.


DE HELE KARDEŞ

Şu yalan dünyanın çilesi, derdi,
Seninde boynunu büktü mü kardeş?
Bitmeyince gamın, kederin ardı,
Yüreğine hüzün çöktü mü kardeş?

Güvendiğin dağlar kara mı döndü?
İçindeki yangın kora mı dondü?
Eşin dostun vardı sırra mı döndü?
Kokmaz sandığın tuz koktu mu kardeş?

Hala güzelliğe sevdalı mısın?
Dosta uzatılan gül dalı mısın?
Sende kendin ile kavgalı mısın?
Benliğin özünden bıktı mı kardeş?

Bir kaşıkla çorba içtik ikimiz,
Bölüştükçe hafiflerdi yükümüz,
Varı paylaşırdık, birdi yokumuz,
Zaman köprüleri yıktı mı kardeş?

Bunca yıl yaşadık hayal, düş gibi,
Gönül bahar gelmez kara kış gibi,
Gençliğin kafesten uçan kuş gibi,
Sana uzaklardan baktı mı kardeş?


ÖYLE DİYORLAR

Bu dünyada huzur arama boşa,
Herkesin bir derdi vardır diyorlar.
Umulmadık işler geliyor başa
Felekle uğraşmak zordur diyorlar.
Kuzular emanet edilmiş kurda,
Medet ey Allah:::ım kalmışız darda,
Namertler sefayı sürüyor burda,
Merdin başı duman, kardır diyorlar.

Tükürsen arlanmaz, duyarsız yüzler,
Üç kez kürtaj olmuş gelinlik kızlar,
Maddeyi Fizan:::dan tanıyan gözler,
Manaya gelince kördür diyorlar.

Ukbayı sorarsan bir bilmecedir,
Menfaat dillerden düşmez hecedir,
Düşünmeyiz hesap günü nicedir,
Burda ne yutarsak kardır diyorlar.

Varsayalım işte böyle vaziyet,
Çizgiden sapınca başlar eziyet,
İnsanı yücelten ulvi meziyet,
Sevgi, saygı, edep, ardır diyorlar...


DEMEDİ DEME

Tahammülüm bitti senin nazına
Bıkar da giderim demedi deme.
Yabancıymış gibi mağrur yüzüne,
Bakar da giderim demedi deme.

Yüreğim coşardı adın dendimi
Gözlerine adamıştım kendimi
Sevgin ile doldurduğum bendimi
Yıkar da giderim demedi deme.

Bu mudur sevdaya verdiğin değer,?
Ne yapsam bir türlü tutmadı ayar,
Seni gururunla baş başa koyar,
Çeker de giderim demedi deme...

İşit feryadımı, bu sözün özü
Daha eşeleme yürek de közü
Kanayan yaramın üstüne tuzu
Eker de giderim demedi deme.

Endamın bakışın aklımı yorsa,
Sözümden cayamam şu dünya dursa,
Yaşanmışa dair, elde ne varsa,
Yakar da giderim demedi deme.

Aldığım nefestin, candın bu cana
Her türlü acıyı tattırdm bana
Hala meyilliyse şu kalbim sana,
Söker de giderim demedi deme.


ANNEYE ÖZLEM

Yine katmerlendi kederim, derdim,
Yüreğimde yangın yanıyor anne.
Gün be gün artıyor sana hasretim,
Dünyam senin ile dönüyor anne.

Tutuştu bir kere hasret çırası,
Avutmuyor artık beni burası,
Yorgun yüreğimde gurbet yarası
Yine gizli gizli kanıyor anne.

Bir çınarın gövdesine yaslanıp,
Geçmişi yaşarım geriye dönüp,
Tebessüm edince maziyi anıp,
Görenler bahtiyar sanıyor anne.

Sararmış bir resmin elimde kaldı,
Zaman gençliğimi, neşemi çaldı,
Bülbüller bağıma uğramaz oldu,
Gamlı baykuş gelip tünüyor anne.

Adını iğneyle taşlara oysam,
Bütün çiçekleri önüne yaysam,
Vuslatı düşünüp, sesini duysam,
İçimdeki sızım diniyor anne.

Ayrılık kör kurşun, girdi böğrüme,
Seslensem cevap yok benim çağrıma,
Bendeki yazmanı bassam bağrıma,
Sanki kokun bana siniyor anne.