adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Iyun 2016 12:34
6720
MƏMLƏKƏT
A- A+

Sumqayıtda maşın üç piyadanı vurub

Sumqayıtda avtomobil yolun kənarında dayanan üç piyadanı vurub.

Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Sumqayıt şəhər sakini Samir Mirzəzadə idarə etdiyi "Renault” markalı avtomobillə yolun kənarında dayanmış həmyerliləri Şahsənəm Camalovanı, İqbal Məmmədovu və Tofiq Həmidovu vurub. Piyadalar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.