adalet.az header logo
  • Bakı 11°C
25 Iyun 2016 10:41
6494
DÜNYA
A- A+

Türkiyədə sel 3 nəfərin həyatına son qoydu

Türkiyənin Muş vilayətində biri beş aylıq uşaq olmaqla 3 nəfər ölüb.

Hadisə Korkut rayonunun Karakale kəndində baş verib.
Belə ki, 45 dəqiqə davam edən leysan yağışı və dolu Sılığ dərəsinin daşmasına səbəb olub.
Nəticədə Bulanık rayonundan Muş istiqamətinə hərəkət edən və içərisində 7 nəfərin olduğu avtomobili sel aparıb.