adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Iyun 2016 10:15
12050
KRİMİNAL
A- A+

Usta təmir etdiyi evin sahibini qarət etdi

Ona çörək verən şəxsə xəyanət etdi.

Onu tam müflis etmək üçün gödəkcəsinin cibindəki 5 dollara belə göz dikdi. Ancaq əldə etdiyi qənimətin xeyrini görməyi tale ona qismət etmədi.

Usta təmir etdiyi evin sahibini qarət edib. Hadisə Abşeron rayonunda baş verib. Vüqar İsayev Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək Xırdalan şəhəri, 27-ci məhəllə, bina 2, mənzil 2-dən oğurluq olduğunu bildirib. Polisin araşdırması ilə məlum olub ki, mənzildən 3500 manat və 5 dollar pul götürülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Əlizamin Eyvazov saxlanılıb. Əlizamin əməlini etiraf edib.

Əvvəllər də soyğunçuluq maddəsi ilə məhkum olunan Əlizamini yenidən dəmir barmaqlıqlar gözləyir. Çünki faktla bağlı cinayət işi başlanılıb.