adalet.az header logo
  • Bakı 19°C
25 Iyun 2016 10:08
5811
MƏMLƏKƏT
A- A+

Bakıda 2 nəfər intihara cəhd etdi

Bakıda 2 nəfər intihara cəhd edib.

Adalet.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasmal rayonunda 2 nəfərin intihar məqsədilə tikilməkdə olan onaltımərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər və hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşlarla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb.

İntihara cəhd edən şəxslar aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 7:39-da başa çatıb.