SƏNDƏN ÖTƏN DAŞ

ƏBÜLFƏT MƏDƏTOĞLU
167188 | 2016-06-24 17:41

Bütün hallarda nəyazıram yazım, nə düşünürəm düşünüm fərqi yoxdur, eləcə gözümün qarşısında Sən dayanırsan. Və mən Səni - yaratmaq,"ol!" demək gücündə olan o böyük varlığı bir an da olsun ürəyimdən,fikrimdən çıxarmıram. Və hətta yuxulamaq istəyəndə də gözümü Sənə sancıram,yönümü Sənə çevirirəm. Bilirəm ki, bütün bunların nədən qaynaqlandığını, nədənbaş verdiyini Sən ovcunun içi kimi bilirsən. Çünki bütün bunların zərrələri Səndənqopub, səndən ələnibdi içimə, üstümə. Mən əgər bir iynə ucu boyda hansısa bir hərəkətimdə,hansısa bir sözümdə səni unutsam, mütləq cəzasını çəkirəm, mütləq acısınıyaşayıram. Ona görə də təkcə əllərimlə deyil, ruhumla da, varlığımla da, ürəyimlədə tutmuşam, sarılmışam ətəyinə. Nə qədər ki, ruhum bədənimdədi, nə qədər ki,ağlım başımdadı, elə belə də olacaq. Amma...

Bəli, hərdənsığındığım içimdə ürəyimlə söhbət edirəm. Elə bil ki, iki dost kimi, iki qardaşkimi, iki doğma adam ki, otururam onunla diz-dizə və suallarıma cavab istəyirəmürəyimdən. Lakin etiraf edim ki, bəzən ya tam cavab almıram, ya da cavablardanrazı qalmıram. Çünki ürəyimin dediyi ilə, gözümün gördüyü, qulağımın eşitdiyibirdən elə fərqlənir, elə bir-birindən uzaq dayanır ki, heç olmayan kimi. Baxonda ürəyimdən küsürəm də, inciyirəm də. Az qala çat da verir ürəyim. Üstündənbir az keçir, təzədən başımı alıram ovcumun içinə və düşünürəm. O düşündüyüm məqamdaürəyimin pıçıltısı özünü çatdırır köməyimə. Çox həlim, çox təmkinli bir səslə mənədeyir ki, gördüyün, eşitdiyin hərəkətinin əksidi, onu mənsiz eləmisən. Ona görədə mən ona cavabdeh deyiləm!..

Hə, bu pıçıltı mənisilkələyib özümə qaytarır. Və təzədən otururam ürəyimlə üz-üzə, günahımı etirafedirəm. Hətta yadıma böyük Məmməd Arazın misrası da düşür: "Nə qədər ki,öz əlimdi yazanım, ürəyimsiz kəlmə yazan deyiləm". Həqiqətən ürəksiz, ürəyiminiştirakı olmadan, ürəyimin şirəsi qana hopmadan yazılan yazılarımın nə deməkolduğunu bax, bu yerdə dərk edirəm. Amma neyləyim, zaman və məkan elədir ki,burda bəzən sümüyünə düşməyən havanı da oynamalı olursan. Özü də yenə böyük SəmədVurğunun dediyi kimi, "ehtiyac qul edir qəhrəmanı da"...

Bütün bunları ürəyimləetdiyim söhbətlərdən sonra fikrimdən də təkrar-təkrar keçirib bu nəticəyə gəlirəmki, həyatım, yaşamım heç də kənardan göründüyü kimi deyil, izləndiyi kimi deyil.Mən içimdə çəkdiyimlə, həyatda görünən yaşamım köklü şəkildə fərqlənir. Necədeyərlər, içim özümə yükdü, çölüm özgələrə. Bax, bu yükün səbəbini, nədən başverdiyini tapmaq, araşdırmaq, ortadan qaldırmaq üçün təkbaşına nə qədərçabalasam da, heç nəyə nail ola bilmirəm. Çünki son ucu gəlib Sənə söykənir, Səninqapına çatır. Və məni tanıyan, mənə dəyər verən hər kəs də bircə kəlmə söyləyir:

- Allah, yəni Sən,sevdiyini sınayır, dərdi çəkənə verir!!!

Olsun! Mən busınağın, bu dərdin üzlərini görə-görə, yollarını ölçə-ölçə hələ ki, gəlirəm. Vəbu gəlişimin məramı, məqsədi elə Sənin yazdığın qədərimdi, alın yazımdı. Onagörə də qədərimlə, alın yazımla barışmaq zorundayam. Başqa cür də mümkün deyil.Çünki mənə hakim olan güc birmənalı şəkildə ifadə edir ki, yazılanı pozmaq olmaz. Ona görə ki, bu yazının qələmidə, mürəkkəbi də, sözləri də, fikirləri də Sənin zərrələrindi, Sənə aiddi. Sadəcə,Sən özünün olanın mənə aid hissəsini mənim qədərimə çevirmisən. Mən də bu yerdəqədərimə söykənib sadəcə şeir yazmaq istəyirəm. Özü də heç kimə yox, ancaq özümə.


Yır-yığış et,dünyanın

Hər üzünü gördünta...

Bir sevgisarayını-

Yaddaşlarahördün ta!..


Haqdan idi dirəyin

Ümid idi gərəyin...

Bütöv idi ürəyin-

İki yerə böldünta!..


Çox incitdinözün də

Öz odunda,közündə...

Sən o qızıngözündə-

Diri ikən öldünta!..

***

Hər dəfə qələm-kağızı bir araya gətiribbir-birinə calaq edəndə mənə elə gəlir ki, dünyaya gələcək söz mənim Sənəsonuncu müraciətim, sonuncu xitabım olacaq. Amma içimə səpilən söz toxumlarıdeyəsən hələ çox göyərəcək... çox qollu-budaqlı ağac olacaq... çox bar verəcək.Bunu təxmini deyirəm, daha doğrusu, fəhmlə deyirəm. Alınmasa, elə bu yazısonuncu xitabım olsa, hər halda günaha yazmazsınız. Axı, ürəyin gücü ruhdadı.Ruh əgər ürəyi tərk etməyibsə, əlini onun üstündən görüməyibsə, onda döyünəcək...onda səsi, pıçıltısı haralarasa gedib çatacaq, kimlərsə eşidəcək. Lap eləharalarasa gedib çatmasın, kimsə eşitməsin,amma Sən ki, eşidəcəksən... Sən ki, bu sözün, bu pıçıltının mayasını, hüceyrəsiniözün əkmisən, özün səpmisən ürəyimə. Mən də sadəcə onun yumruq boyda ürək adlımünbit torpaqda göyərməsinə bir vasitə olmuşam. Deməli, bu vasitəçiliyin dəmüddəti yenə Sənə məlumdu, Səndən başqa heç kimə!..

Deyəsən fikirlərim,sözlərim çox kövrək, hüznlü, bir az da ümidsiz təsiri bağışlayıb. Amma inanınki, mən bu sözləri seçmirəm. Heç onlar barəsində düşünmürəm də. Eləcə özləri ürəyimdənkağıza tərəf uçub gəlirlər. Sanki azadlıq qazanırlar, azadlığa çıxırlar. Onlarıda başa düşürəm. Ürəyimdəki sıxıntı onların da yerini dar edir... onların da əlini-qolunubağlayır... onları da yol ayrıcında buraxır...

Hə, indi bütünbunların alt qatına enmək məqamıdı. O qata ki, orda daha böyük mahiyyət oturubgözləyir. Özü də təkcə məni yox, o qata enə biləcək hər kəsi. Mən də Səninizninlə o qata enirəm. Qapını üzümə Ümid açır. Baxıram, nə qədər doğma, nə qədərtanış bir sima. Bunu mən hardasa görmüşəm, bununla mən hardasa qarşılaşmışam. Nəqədər düşünürəm, xatırlaya bilmirəm. Amma yenə deyirəm, yüzə-yüz and içə bilərəmki, mən bu Ümidi tanıyıram. Mən onun əlini sıxmışam, mən onun ətəyindən tutubbir məsafə qət etmişəm. Sonra isə itirmişəm. Deyəsən itirdiyimi indi yenidəntapıram. Və bu qarşılaşma təsadüf deyil. Bu da Sənin hökmündü, Sənin yazdığın qədərdi.Deməli, alt qatda da, yəni mahiyyətdə də ümid olurmuş. Özü də əbədiyaşar Ümid.Mən isə bunun fərqinə varmamışam. Ona görə də özümə şeirlər yazanda bir az tələskənliyə,bir az özümə tərifə yol vermişəm. Unutmuşam ki, sözün alt qatı üst qatına işıqsalmalıdı. Onda hər iki qat oxucuya bəlli olacaqdı...

Bəli, mənimyazılarımdakı sözlərin alt qatı çox vaxt mücərrəd olub. Konkret kiminsə bostanına atılan daş sayılmayıb.Görünür, ona görə də söz, daha doğrusu,mənim sözüm havada qalıb. İndi isə mən Sənə üz tutub demək istəyirəm ki,sınaqlar da, əzablar da, hətta yaxın-uzaq adamlarıma yaradılan şərait də hələ hər şey deyil... hələ mənim içimi ifadəetmir... hələ mənim sözümün alt qatını açmır... Ona görə ki, sözün qarşısındamünasibətlər, ərklər, doğmalıqlar, sifarişlər, təmənnalar dayanır. Bu da sözüalt qatdan uzaq salır və ...

İndi yazmaq istəyirəmki, Sən məni sınadıqca, məni imtahanlara çəkdikcə, məni yüklədikcə mən bir fərdolaraq, bir bəndə olaraq daşlaşmaq istəsəm də daşlaşa bilmirəm. Çünki ruhumda, varlığımda Sənə Sevgim bütöv vətükənməzdi! Elə ona görə də yenə özümə şeir yazıram:


Səhərə hələ ki,bir qarış yol var

Yuxunu qovmağa tələsmə,gözlə...

Hələ bir-birinədüyülmüş qol var-

Qəfil külək kimigəl, əsmə, gözlə...


Ulduz çiçəklərinyağışı altda

Göylərin min cürənaxışı altda...

Bir gözəlxanımın baxışı altda-

Həyəcan keçirib,əl, əsmə, gözlə!


Əbülfət, içindədərd, qəm yuvalar

Həm soyuq, həmisti saysız yuva var....

Dildə də, gözdədə bircə dua var-

Ondan ümidini gəl,kəsmə, gözlə!..


***

Mən bütünyaşantılarımın qaranlıqdan işığa çıxacağına Sənə olan sevgimə və inamıma görəarxayınam. Bilirəm ki, hər gecənin səhəri olduğu kimi, hər kədərin də sevincparası olur. İstər bir damla olsun, istər tən yarı. Elə ona görə də bu yazınınmahiyyətinə varmaq istəyirəm. Alt qatını öz əlimlə üst qata qaldırıram. Qoyoxucu da, oxumayan da bilsin ki, Sənin verdiyini Səndən başqa kimsə ala bilməz...Sənin yazdığını Səndən başqa kimsə poza bilməz... Sənin sınaqlarını kimsədurdura bilməz... Çünki Sən Sənsən!!!

O ki qaldı mənə.Mən atılan daşların qarşısına zaman-zaman çıxmışam. Bu gün də elə o daşlarınönündəyəm. Onun dəydiyi yerlərin ağrısı yazımda, sözümdə az-çox hiss olunur. Bəzənözümə qapılıb bu ağrılardan söz açıram. İndi isə demək istəyirəm ki, mənim qədərim mənim həmsevincimdi, həm də kədərim... həm işığımdı, həm də qaranlığım. Amma buparalellik sonda sevincin və işığın üstünlüyü ilə məni şərəfləndirəcək. Elə buşeiri də özümə ona görə yazıram.

Qaranlıqda

şütüyən maşınlar

bir-birinin

işığındankeçir...

təkərlər

altında

qalan yollar

doyunca

işıq içir!-

səhərə

qaranlıqdan

çıxmaq üçün!..


Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV