adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
24 Iyun 2016 13:25
11938
MARAQLI
A- A+

Bir ili cəmi 4 gün yarım çəkən nəhəng planet kəşf edilib

Beynəlxalq Astronomlar Qrupu yeni, nəhəng planet aşkar edib. K2–39b olaraq adlandırdıqları planet qalaktikanın əsas ulduzlarına çox yaxın məsafədə yerləşir. Alimlərin qənaətinə görə, əslində bu planet ulduz enerjisinin güclü axını nəticəsində məhv olmalıydı, amma göründüyü kimi mövcudiyyətini hələ də saxlayır.

Planet "Kepler” kosmik teleskopunun missiyası zamanı aşkar olunub. Yeni planetin parametrlərini Çili rəsədxanasında və La Palma adasında yerləşən yüksək ölçülü teleskoplar vasitəsilə öyrənmək mümkün olub. Məlum olub ki, K2–39b planeti Yer Kürəsindən 50 dəfə böyükdür. Alimlər belə planetlərlə nadir halda rastlandığını deyirlər. Orada zaman ölçüsü bizim planetdəki ilə müqayisədə tamamilə fərqlidir. Daha doğrusu, inanılmazdır: bizim bir ilimiz həmin planetdə cəmisi 4 gün yarımdır.

Alimlərin təxmini hesablamalarına görə həmin planetin ömrü 150 milyon ildir.

Qeyd edək ki, "Kepler” teleskopunun köməyi ilə indiyədək 3 mindən artıq kiçik planet kəşf olunub.