Oqtay Əsədov Zahid Orucdan şikayət etdi
Spiker Oqtay Əsədov Milli Məclisin bugünkü iclasında İntizam komissiyasının sədri Ağacan Abıyevə müraciət edərək, deputat Zahid Oruc barədə tapşırıq verib.
"Mən istəməzdim ki, sonuncu iclasımız belə notlarla başa çatsın. Ağacan müəllim, xahiş edirəm ki, Milli Məclisin deputatı Zahid Orucu etik davranış qaydalarını pozduğu üçün İntizam Komissiyasına dəvət edib, araşdırma aparasınız”.
Spiker bildirib ki, kimsə bu cür qeyri-etik davranış nümayaş etdirsə, mütləq intizam qaydasınsa cəzalandırılmalıdır.
Qeyd edək ki, bir qədər əvvək parlamentin iclasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə düşüb. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı müzakirələrdə, millət vəkilinin çıxışı saxlanılıb, o isə buna etiraz edərək danışmaq istədiyini bildirib.
Spiker ona irad tutaraq deyib ki, Z.Oruc hər dəfə mövzudan kənar məsələlərə toxunur. O.Əsədov deyib ki, bir daha ona söz verməyəcək: "Çünki Zahid, sən özünü düzgün aparmırsan. Sənin səviyyən yoxdur. Bunu da bu gün gördüm”. Z.Oruc isə bildirib ki, sədrin "səviyyəsiz” sözünü işlətməsi düzgün deyil.
Digər Xəbərlər
24 Aprel 2024 20:48
Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNİ
24 Aprel 2024 18:53Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anı
24 Aprel 2024 18:49“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşı
24 Aprel 2024 14:37Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
24 Aprel 2024 14:36