adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Iyun 2016 12:59
4949
SİYASƏT
A- A+

Deputatlar tətilə çıxdılar

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

İyunun 24-də parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.

Sessiya Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb. Bununla da Milli Məclis tətilə çıxıb.

Milli Məclisin iclası cəmi 40 dəqiqə davam edib.

Xatırladaq ki, növbədənkənar sessiyasının sonuncu plenar iclasında Vergilər, Miqrasiya, İnzibati Xətalar, Mülki məcəllələrə və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilib.