adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Iyun 2016 12:15
13270
MARAQLI
A- A+

Qəraib dənizinin daha bir qəribəliyi

Qəraib dənizi (Karib) öz müəmmaları, vahiməsi və quldurları ilə dəfələrlə ədəbiyyatın, incəsənətin ilham pərisi olub. Amma gerçək həyat əsərlərdəki, filmlərdəki kimi adrenalinin təzyiqi ilə  damarlara qan əvəzinə vahimə axıtmağı o qədər də maraqlı etmir. Çünki həyat sonu xoşbəxt bitən, yaxşıların yamanlar üzərində qələbəsini göstərən film deyil. Reallıqda yaman yaxşıdan daha məharətli və zirək olur. Qəraub dənizinin yamanlığı isə əsrlərdir bitmir. Bir vaxtlar quldurlarının sayəsində bu dənizi üzüb keçmək mümkün olmazdı, daha sonra müəmmalı adaları özünü insanlara yadlaşdırdı. İndi isə başqa bir təhlükəsi alimləri təşvişə salıb.

Britaniyalı alimlər Qəraib dənizindən eşidilərn qəribə səsləri qeydə alıblar. Səs o qədər güclüdür ki, onu kosmosdan da eşitmək mümkündür. Belə ki, Böyük Britaniyanın Liverpul Universitetinin tədqiqatçıları okeanın dinamikasını müşahidə edən zaman davamlı uğultular qeydə alıblar. Üstəlik, bu müşahidələr 60 ildir ki, aparılır, amma bu günə qədər belə səslər eşidilməmişdi. Bu qəribə, ürküdücü səslər barədə əlaqədar orqanlara məlumat verilib, kosmosdan qeydlər apararkən səsin ordan da eşidildiyi alimləri narahat edib. Çünki Qəraib dənizi kainatın iqliminə birbaşa təsiri olan dənizdir. Qlobal qütb axını, dövriyyəsi məhz bu dəniz vasitəsilə müşahidə olunur. Dünyanın gələcək iqlimi Qolfstrim axınının isti-soyuq kütləsi ilə ölçülür.

Alimlər bu uğultunu xəbərdarlıq kimi dəyərləndirirlər. Bildirilir ki, Kolumbiya və Venesuela sahillərində  dənizin səviyyəsi 10 sm arta bilər. Odur ki, səsin mənşəyinin araşdırılması ilə sahil məskənlərinin subasmasının da qarşısı vaxtında alına bilər.