“İŞIĞA GEDƏN YOL”

ƏBÜLFƏT MƏDƏTOĞLU
53301 | 2016-06-24 12:12




Öncə yazı masamınüstündə özünə əməlli-başlı yer tutmuş, bu masanın daimi sakininə çevrilmək haqqını qazanmış kitabın tərtibatı haqqında… Həqiqətənbu kitabın naşirləri çap mədəniyyətini tam orijinal bir şəkildə, diqqəti, fikri yönəltməksəviyyəsində olan bir iş görüblər. İki hissəlik, təqribən 800 səhifəyə yaxın olanbu kitabı əlinə götürəndə adamın kitaba bir qanı qaynayır. Elə bilirsən ki, əlindəçox doğma, çox məhrəm bir nəsə tutmusan. Və o doğma olan duyğular səni bu tərtibatın sahiblərinə minnətdarlıq hissləriüstündə kökləyir. Həmçinin kitabın rəssamı həm rəng seçimi, həm də yolun özünü təqdim etmək məharətilə istədin-istəmədin səni oyolun yolçusu olmağa bir növ təhrik edir.Sanki kimsə arxadan səni o yola doğru itələyir və sən özündən asılı olmadan əlini o yolun qapısına tərəfuzadırsan. Bax, onda yadına düşür ki, bu qapı işığa açılır. Təkcə yadına düşmür,həm də o tərtibat özü bunu sənə diqtə edir…

Bəli, bütün bunlardansonra təbii ki, hər bir yeni sözə, yeni nəşrəmarağı olan oxucu kimi mən də qeyri-ixtiyari o qapını döyürəm. O qapını ki onun adı «İşığa gedən yol»dur. Müəllifidə Sona Vəliyeva…

Deməli, iki hissədən ibarət olan bu romanı çox qısa birvaxtda oxudum. Və kitabı belə bir qısa vaxtdaoxumağım barəsində dostuma fikrimi söyləyəndə üzümə çox qəribə bir baxışlarla baxdı.Hiss etdim ki, inanmadı. Amma həqiqətən də mən bu kitabı iki gecəyə bitirdim. Onsuzda ərşə çəkilən yuxumu bu kitab laylay kimielə ovutdu ki, mən özüm də ovundum. Çünkibu kitabın həm qəhrəmanı, həm onun yazı dili mənə çox doğma gəldi. Doğrudur, romanın qəhrəmanı Azərbaycan mətbuatının banisi,Azərbaycan qəzetçiliyinin yaradıcısı Həsən bəy Zərdabidir. Və bir azərbaycanlı, bir az-çox təhsili olan insan kimimən Həsən bəy Zərdabi barəsində müəyyən bilgilərə malik idim. Üstəlik onun «Əkinçi»qəzeti də həmişə qəzetçilərin, mətbuat adamlarının gününün-güzəranının içərisindəolubdur. Bax, buna görə də mən romanı oxumağa başlayanda artıq söhbətin kimdən getdiyini bilirdim. Və bu bilgini də mənəkitabın annotasiyası vermişdi. Sadəcə etiraf edim ki, mən müəllifin poeziyasınabələd idim və onun nəsr dilindən o qədər də məlumatım yox idi. Bu səbəbdən də kitabıbir az həvəssiz, bir az özümü məcbur etmək üstündə oxumağa başladım. Yenə deyirəm,həvəssizliyim Həsən bəy Zərdabi haqqında az-çox bilgili olmağımdan, məcburiyyətimisə həm real güzəranımdan, hava şəraitindən, eləcə də müəllifin nəsr yaradıcılığından xəbərsiz olmağımdan qaynaqlanırdı.Şükürlər olsun ki, mən bu kitabın özünün yaratdığı auranın içərisinə tez daxil ola bildim. Və eləkitabın ilk səhifəsindən başlayaraq yavaş-yavaş müəllifin sifarişçisi olduğu havayakökləndim. Bu hava əslində «Həsənbəy» havası idi. Hava da sözün həqiqi mənasında ürəyə yatırdı. Çünki söhbət Həsən bəy Zərdabinin şəcərəsindən başlanmışdı,kimliyindən qaynaqlanmışdı. Və müəllif ortayaqoyduğu bu tarixi romanın birinci hissəsində oxucuya Həsən bəy Zərdabinin, bütövlükdə Məlikovlarınkimliyini, nəçiliyini, məramını, məqsədini, hardan gəlib hara getdiyini bir-bir açmağa, bir-bir göz önündə pöhrədən bar ağacınaçevirməyə nail olmuşdu. Və mən də Məlikovlar barəsində bildiyim məhdud bilgidənartıq daha geniş bilgi müstəvisinə çıxmaqimkanı qazanmışdım. Həm də onu vurğulayım ki, bu işdə mənə ən çox yardım edən müəllifin ədəbi dillə danışıq dilinin bir-birinə qovuşannöqtəsində qələmini işlətməsi oldu. Yəni oxuduqca təmtəraqlı, pafoslu, bir az da fəlsəfi yüklü ədəbi cümlələrlə yox, onların özünün özçəkisində, xalqın danışıq dili müstəvisinə gətirməsi mənim kitabı daha həvəslə oxumağıma şərait yaratdı. Hər abzasda ilk sözdənfikrin hara yönələcəyini, cümlənin necə bitəcəyini artıq təxmin etmək mənim üçün bir öz yazım, özsözüm fikrini formalaşdırırdı. Oxucu kimi öz-özümə qərar verirdim ki, məhz mən dəbu cümləni, bu sözü belə yazıb belə tamamlayardım. Ola bilsin ki, söylədiyim bufikir hardasa ya müəllifin, ya da digər oxucuların dili ilə üst-üstə düşməsin və yaxud da bu fikrimi qəbul etməsinlər. Mən bundan heç də narahat deyiləm.Ona görə ki, «İşığa gedən yol» mənə bu cürtəsir edib, məndə bu düşüncəni formalaşdırıbdır.

Romanı oxuduqcamənə elə gəldi ki, həm də bir tarix dərsliyini və yaxud ədəbiyyat tariximizə birəlavə vəsaiti mütaliə edirəm. Çünki bu tarixiromanda hadisələr tarixin özündən götürülməkləbədiiləşdirilmişdir. Yəni hadisənin vaxtı, məkanı, iştirakçısı dəyişdirilməyib.Amma onların fikirləri, onların düşüncələri müəllifin qələminin, istedadının sayəsindətarixdən ədəbiyyata bir körpü olubdur, bir işığa gedən yola çevrilibdir. Əgər buromanı Həsən bəy Zərdabinin kimliyindən,şəxsiyyətindən xəbəri olmayan hər hansı biroxucu mütaliə etsə, o, həm Həsən bəyi tanıyacaq, həm də o zaman kəsiyinin Azərbaycantarixindən xəbərdar olacaqdır. Mən bu romandaHəsən bəy Zərdabi yaşamının, həyatının coğrafiyasını da izləyə bildim. Onun ZərdabdanŞamaxıya, Şamaxıdan Tiflisə, Tiflisdən Moskvaya, oradan Sankt-Peterburqa və sonraBakı, Gəncə, İrəvan, Naxçıvan və digər səyahətlərinə qoşulub mən də getdim. Həryerdə işıq kimi görünən Həsən bəy elə özüdə işığın üstünə gedir. Çünki onu qarşılayanlar özləri də işıqdırlar və bu adamlarədəbiyyatımızın, tariximizin işıqları kimimüxtəlif bölgələrə səpələniblər. Müəllif Sona Vəliyevaöz qələminin gücü ilə və bir də gərgin axtarışların, tarixi mənbələrə baş vurmanınsayəsində o işıqları, o şamları bir şamdana gətirib toplayıbdır. Bu da oxucuya imkan verir ki, Həsən bəyin çevrəsindəolanlarla,onların kimlikləriilə tanışlıq imkanı qazansın, belə bir fürsət əldə etsin.

Bəli, bu günromanın I hissəsi barəsində fikirlərimi oxucularlabölüşərkən özüm üçün çıxartdığım nəticəni sərgiləmək, ifadə etmək istəyirəm. Mənimoxucu məntiqimə görə əsərin I hissəsi Həsənbəy Zərdabinin uşaqlıq, yeniyetmə və gənclik illərini əhatə edir. Bu dövrdə o, özünün böyük arzularına gedən yolun ipucunutapır. Onun elmdən, təhsildən keçdiyini, oradan başladığını bilir. Və alitəhsilli dövlət məmuru olan Həsən bəyiməmurluqdan müəllimliyə transfer edir. Çunki o,işıq axtarır, işıq sorağındadı. İkinci, əsərinbirinci hissəsində müəllif Həsən bəyin ideyalarını, arzularını oxucu qarşısındasıraya düzür, onun nə istədiyini oxucuyaçatdırır. Üçüncü, bu hissədə müəllif Həsən bəyin bir insan, bir vətəndaş, bir azərbaycanlı,nəhayət, bir bəy kimi çalarlarını müxtəlifştrixlərlə oxucu üçün ifadə edir. Bu həmdə bir növ köklü tanıtma, təqdim etmədir.Dördüncüsü, bu hissədəmüəllif Həsən bəyin doğmalara, dostlara münasibətini, həmçinin sevgiyə münasibətini şərhedir. Şəxsən mənim üçün Həsən bəy Zərdabininözəl həyatı, onun sevgi dünyası bu romandamüəllif qələmi elə pardaqlanır ki, o ülvi sevginin qarşısında yalnız susmaqqalır. Bunu müəllif elə bir inandırıcı formada, elə bir səmimi şəkildə ifadə edirki, oxucuya yalnız susub düşünmək qalır. Axı, hər cür imkanı, əlaqələri, titulu,mövqeyi olan ailəninqızından böyük amalnaminə, müqəddəs istək xətrinə üz çevirib yalnız içində sevgini dostluqla əvəz etmək,o çərçivənin içində saxlamaq hər insanın, hər kişinin işi deyil. Bunu Həsən bəyisevən, onun üçün hər şeyə hazır olan Veranın timsalında görmək mümkündür. Və yaxud Bakı həyatındaonun üçün divanə olan və özünün də biganə qalmadığı qonşu binada kirayənişin yaşayanTaclıbəyim xanıma qarşı tutduğu mövqe o qədərölçülüb-biçilmiş, o qədər inandırıcıdır ki, bir oxucu kimi mən bu səhnəni həqiqətənfilm kimi təsəvvür etdim. Özü də real həyat filmi! Çünki sevginin pik nöqtəsindəehtirasları idarə edə bilmək, bakirəliyi, namusu, şərəfi hər şeydən üstün tutmaq o qədər də asan iş deyil vəbunu hər kəs də bacarmır. Ümumiyyətlə, romanın birinci həissəsində Həsən bəy Zərdabininhəyatının sevgi çalarları fonunda ailə-məişət münasibətləri də diqqət mərkəzindəsaxlanılır. Evin içi və çölü idarə olunur. Valideynə, anaya münasibət ən yüksək mərtəbədə durur…

Bu romanda Azərbaycantəbiəti, onun əsrarəngizliyi də tərənnüm edilir. Bu tərənnümün içində folklor, həmçinin atalar sözləri,Molla Nəsrəddinin lətifələri bir təşbeh, həmdə vasitə kimi də qabardılır. Oxucu bu ədəbi priyomla yorğunluqdan xilas olur. Mən romanın birinci hissəsindədiqqət çəkən bir məqamla da qarşılaşdım. O da Həsən bəy Zərdabinin bir-biriylə qovuşdurduğuədəbi məclislərdi. Dövrün ziyalıları, ictimai-siyasi xadimləri, el ağsaqqallarıvə nəhayət, Azərbaycan ədəbi mühitinin, teatrınınoyanış ştrixləridir. Bütün bunlar Sona Vəliyevanınromanının birinci hissəsində zaman ardıcıllığı ilə təqdim olunur. Romanın birincihissəsində həmçinin Həsən bəyin böyük ideyaları gerçəkləşdirmək üçün təşəbbüsündəolduğu xeyriyyə cəmiyyətinin yaradılmasıprosesidir. Bu prosesin özünün təqdimatı həmin dövrün bütün qatlarını oxucuya göstərir. Azərbaycan mülkədarlarının, bəylərinin, qoçularının nəyəqadir olduqlarını, nəyi özlərinə məslək etdiklərini büruzə verir. Romanın birinci hissəsi həm də Həsənbəyin ailə həyatı qurması və bu ailənin öz çiyinlərinə daha böyük vəzifələri götürməsiilə yekunlaşır. Təbii ki, bu məqamda artıqHəsən bəyin həyatında olan öncəki iki sevgiməqamınınnədənuğursuz olduğu aşkarlanır. Və məlumolur ki, bütün sevgiləri millətə, xalqa xidmətəsöykənən, ondan qaynaqlanan Həsən bəy öz həyatını, öz ömrünü onun çəkdiyiyükə çiyin verməyə hazır olan xanımla bir olanda tamamlayır. Bax, bu yerdə bir oxucu olaraq müəllifbizi roman boyu əlimizdən tutub gətirdiyi yolun həqiqətən işıqdan keçdiyinə inandırır.


Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV