adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Iyun 2016 11:22
17655
MƏMLƏKƏT
A- A+

İdeya Qazandı verilişinin qaliblərinin mükafatlandırma mərasimi - Foto - Video

Biznes və ya ideyasına qarşılıqsız maliyyə yatırımı almaq istəyən gənclər üçün əla imkan yaradıldı. İdeya Qazandı işgüzar realiti şou, Azərbaycan TV məkanına yenilik gətirərək 16-35 yaş arası cəsarətli gəncləri investorların qarşısına çıxmağa dəvət edir. 

Adalet.az xəbər verir ki, verilişdə gənclər öz ideya və ya layihələrini investorlara təqdim edib ideyanın faydalı və gəlirli olmasına inandıra bilsələr, qarşılıqsız maliyyə yatırımı əldə edirlər. Layihənin məqsədi Azərbaycanda kiçik və orta sahibkarlığı gənclər arasında həvəsləndirmək, düzgün iş qurmağı öyrətmək, biznes etikasını aşılamaqdır. İdeya Qazandı TV layihəsi ən baxımlı kanalda ATV-də yayımlanır. 

İdeya Qazandı verilişinin ötən mövsümündə gənclər əlində pul ilə investisiya meydanından ayrıldı. Xatırladaq ki, İdeya Qazandı verilişinin ilk mövsümündə cəmi məbləğ 21 000 AZN olmaqla 5 nəfər öz layihəsi üçün qarşılıqlı maliyyə vəsaiti alıb. 

Verilişin ikinci mövsümünə 3000-dən çox ərizə qəbul olmuşdur. Yeni mövsümə maraq çox böyükdür. Ərizə qəbulu İdeya Qazandı İşgüzar Tele-müsabiqəsinin rəsmi internet səhifəsi və ya Facebook səhifəsindən həyata keçirilirdi. Layihəyə müraciət etmək üçün səhifədə ərizə formasını doldurub göndərmək kifayət idi. Müsbət qiymətləndirilmiş ərizəçilər müsahibədə iştirak etdikdən sonra Youth İNC tərəfindən keçirilən təlimlərdə iştirak edir sonda isə çəkilişlərə dəvət aldılar. 

Məlumat üçün bildirək ki, İdeya Qazandı verilişinin növbəti mövsümündə 21 nəfər gənc öz ideyasına qarşılıqsız investisiya və dəstək ala bildi. 


Nəzərinizə çatdıraq ki, İdeya Qazandı televiziya layihəsi AR Gənclər və İdman Nazirliyi, PAŞA Bank ASC, ATV Mediya və Yayım Şirkəti, Esse Qrup, Turkuaz qrup, Alke İnşaat və "Youth Inc” Gənclərin Sahibkarlıq Proqramı tərəfindən dəstəklənir. 

Əlavə məlumat üçün,
ideyaqazandı@gmail.com
0502168183