adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Iyun 2016 17:32
14538
HÜQUQ
A- A+

Sevgilisini öldürən şəxsə 11 il həbs verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yaşadığı qadını öldürməyə cəhd edən 1984-cü il təvəllüdlü Seymur Bayramovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Adalet.az lent.az-a istinadən bildirir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə S.Bayramov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Abşeron rayonunda qeydə alınıb. 1988-ci il təvəllüdlü İsmayılova Ülviyyə Zabit qızı boğaz və kürək nahiyəsindən aldığı çoxsaylı bıçaq xəsarətləri ilə təcili tibbi yardım stansiyasına gətirilib. Onun üzərində cərrahiyyə əməliyyatı keçirilib və yaralı reanimasiyaya yerləşdirilib.
Hadisə ilə bağlı dərhal polisə məlumat verilib. Məlum olub ki, 25 yaşlı Ü.İsmayılovanı qeyri-rəsmi nikah münasibətində yaşadığı 1984-cü il təvəllüdlü Bayramov Seymur Teymur oğlu bıçaqlayıb. Abşeron rayonu Quşçuluq yaşayış massivində yaşayan S.Bayramov yanvarın 28-də Ü.İsmayılovanın yaşadığı binanın yaxınlığına gəlib. Burada, yəni 28-ci məhəllə, 10 saylı binanın qarşısında qadına hücum edib. 29 yaşlı oğlan gənc qızın boğazına və kürək nahiyəsinə çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürməyə çalışıb. Lakin ətrafda adamların olduğunu görən S.Bayramov ərazidən uzaqlaşıb.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.