adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
23 Iyun 2016 15:51
15862
İDMAN
A- A+

ZATO, TÜRK MİLLİSİ DÜNYA FUTBOLUNA YENƏ BİR ULDUZ BƏXŞ ETDİ

Bu gəncin 18 yaşı hələ tamam olmayıb. Özü də yetimxanada böyüyüb. Adı Emrə Mordu. Danimarkalıdı, atası bir avtoqəza ilə bağlı həbsxanadadı, makedoniyalı anası da uşağı atıb. Öz qeyri-adi oyunu ilə, hətta onu Messiyə oxşadırlar, Avropanı heyrətləndirdi. Dünyanın ən güclü klublarından sayılan Borussiya (Dortmund) onu 8,5 milyon avroya köçürmə edib, yəni təmiz Azərbaycan dilində transfer edib.

Gərək ki, Türkiyənin ən məşhur futbolçusu Hakan Şükürü italyanlar 3 milyon avroya almışdılar.

Allah gözdən-nəzərdən saxlasın. Yavrum, sənə başarılar diləyirik!