Bütün dünyanın gözü qarşısında,eləcə də FİFA və UEFA kimi rəsmi qurumların gözü qarşısında Avropa çempionatında böyük bir biabırçılıq baş verdi. İtaliya ilə İrlandiyanın oyunu bir komediyatamaşasıydı. İrlandiya 22 nəfərləoynayırdı, yəni İtaliyanın 11 oyunçusuda İrlandiyanın qol vurması üçünfilan yerini cırırdı. Amma irlandlar yenə qol vura bilmirdi. İrland oyunçularınıqəsdən italyanlar cərimə meydançasında yıxırdılarki, 11 metrlik versinlər, hakim də üzə durmuşduvermirdi. Qapıçı öz əli ilə topu irlandlaraverirdi ki, ay it uşaqları, vurun, vura bilmirdilər. Nəhayət, oyunun axırına yaxın irlandları təmiz buraxdılar cərimə meydançasına, hətta qapıçı az qaldı desinki, ə, bu tərəfə vur, qol olsun. Və qol! İtaliyanınməşqçisi Kontedi, Montedi, Göttedi nədi, adı yadımdan çıxıb, qapılarından buraxdığı qola nə təhər sevindisə yüyürüb İrlandiyanın məşqçisiniöpdü.
Yadınıza düşürsə,bir dəfə dünya çempionatında da Avstriyailə Almaniya Əlcəzairin qrupdan çıxmaması üçün belə bir tamaşa düzəltmişdilər. Hər hansı bir hesab olardısa Əlcəzair final mərhələsinə yüksələ bilərdi, yalnız 2:2-dən başqa. Və Avstriya ilə Almaniya da oyunu 2:2 etdilərvə öz oyunları ilə hamını heyrətə gətirmiş əlcəzairlilər döndülər evlərinə. O vaxt bütün qəzetlər,dünyanın bütün idman camiəsi bunu qınamışdı. Hətta Almaniya və Avstriyanında həm qəzetləri, həm də idman camiəsi bunu utancverici hadisə adlandırmışdılar.
İndi də İtaliya vəİrlandiya. Bildiyiniz kimi, İtaliya oyunsatmaq üzrə ixtisaslaşıb. 80-ci ildə də İtaliya çempionatında belə oyunsatmalara görə bir çox ünlü futbolçular və məşqçilər həbs olunmuşdu, məşhur Rossi də içlərindəolmaq şərtilə.
Mən qətiyyətlə bunuona görə pisləmirəm ki, Türkiyə bayırda qaldı. Türkiyə bayırda qalmalıydı və haqq olaraq qaldı da. Sadəcəolaraq belə komediyalar adamı iyrəndirir.
Bir məsələni də qeydedim. FİFA-nın işdən çıxan prezidenti özüetiraf elədi ki, püşkatmalar hamısı saxtakarlıqdır. Kimi kimlə istəyirlər salırlar.Hətta həmin saxtakarlığın sirrini də açdı. Necə ki vaxtilə Türkiyə ilə Ermənistanıbir qrupa salmışdılar, Abdulla Gül getdiİrəvanda futbola baxmağa, hansı ki ömründə ilk dəfəydi futbola baxırdı, bəlkə dəfikirləşirdi ki, balam, top qıtlığıdı ki,22 adama bir top veriblər?! Sonra da Xocalı soyqırımının təşkilatçısı Sərkisyanıapardı öz evinə və xanımına da Sərkisyanüçün plov bişirtdirdi. Guya qulluqçusu bişirsə, Sərkisyanın üzüyünün qaşı düşəcəkmiş.
İndi də Türkiyəni belə bir ölüm qrupuna salmışdılar ki, qrupdançıxa bilməsin. Amma bütün bunların heç biri nə Fateh Terimə, nə də Türk millisininoyunçularına haqq qazandırmır. Malını yaxşısaxla, qonşunu oğru bilmə.