adalet.az header logo
  • Bakı 16°C
23 Iyun 2016 15:38
26497
MARAQLI
A- A+

Stalindən SSRİ və dünya ilə bağlı inanılmaz proqnoz

İosif Stalin – təkcə adı müasirlərini diksindirən bu insan ölümündən illər sonra da tarixin ən çox araşdırılan şəxsiyyətlərindən hesab olunur. Maraqlıdır ki, bəşəriyyətin ən qəddar diktorlarından biri kimi tarixə düşmüş Stalinin adı nədənsə əksər insanlarda nifrət doğurmur. Onun rəhbərliyində yaşamış və günümüzdə də həyatını davam etdirən "survivor”lardan tutmuş, müasir insanlara qədər bu rəhbəri nə qədər amansız kimi səciyyələndirsələr də, digər tərəfdən qüdrəti, idarəçiliyi, əzmi, siyasəti ilə qürur duyurlar. Amma qafqazlı liderin fələk tərəfindən seçilmiş olduğu təkcə onun yaşadığı dövrü düzgün qiymətləndirməsi ilə təsdiqlənmir. Stalin həm də gələcəyi mükəmməl xarakterizə edib və onun dedikləri də zamanında qeyd olunaraq günümüzlə xırdalığına qədər səsləşib. Yəni qırmızı diktator gələcəyə güzgü tutub.

Finlandiya ilə müharibə ərəfəsində (1939-1940) Stalin söhbət etmək üçün məşhur inqilabçı Aleksandra Kollontayı öz kabinetinə dəvət edib. Kollontayın atası vaxtilə çarın generalı olmuşdu. Kollontay sonralar öz qeydlərində bu söhbətin onun üçün unudulmaz keçdiyini yazıb. Diktator elə mövzulara toxunub ki, inqilabçı şok keçirib, deyə bilərik. Görək Stalinin "peyğəmbərliy”i nə dərəcədə olub?!

Kollontayın qeydlərindən...

"Kremldən çıxandan sonra evə qaça-qaça getdim ki, Stalinin dediklərini unutmadan yazım. Maraqlıdır ki, yazını müharibədən qabaq yazsam da hər dəfə onun sözlərini oxuduqca yeni şeylər tapırdım. Sanki rəhbərin cümlələri canlı idi, zamanına görə dəyişirdi. İndi də o görüş gözümün önündə canlanır – uzun stolun baş tərəfində Stalin oturmuşdu. Mənimlə çox nəzakətli danışırdı. Kabinetindən çıxanda isə ayaqüstü bunları dedi: "Rus xalqına möhkəm olmaq lazımdır. Gələcəkdə onları çətin dövr gözləyir. Bütün dünyayla təkbaşına vuruşacaqlar. Bizim partiyanın işləri, ümumiyyətlə Sovetlər dönəmində edilən bütün üsullar, görülən işlər gələcəkdə pislənəcək, amma tənqidçilər özləri də biləcəklər ki, dövrə görə biz ən münasibini etmişik. Mənim özümü də söyəcəklər, lənət yağdıracaqlar, amma yenə də hörmət edəcəklər, hətta gələcəkdə də rəğbət edənlər tapılacaq.

Sionizm dünyəvi hökmranlığı ələ alacaq və dünyadan qisas alacaq, xüsusilə də böyük qələbələri olan ruslardan. Rusları çökdürməyə çalışacaqlar. SSRİ-ni dağıdacaqlar. Bunu isə xalqlar arasına nifaq salmaqla edəcəklər, çünki SSRİ-nin ən əsas sütunu xalqların dostluğudur, onların əksəriyyəti düşmən olacaq – aralarına din və sərhəd girəcək. Milliyətçilik baş qaldıracaq. Amma bu müvəqqəti olacaq, millətçilər arasında da ikitirəlik yaranacaq və yerini dünyəviliyə verəcək.  

Dünya rusları varvar, içki düşkünü kimi gözdən salmağa çalışacaq, amma ruslar daim aydın zəkası və yerində qərar çıxarmaları, düzgün siyasətilə onları susduracaq. İnsanlarımız yenidən Sovetlər dönəminin həsrətini çəkəcəklər, anlayacaqlar ki, onları heç vaxt qəbul etməyəcək, vədlərlə keçişdirəcək Qərbə qarşı yenidən birgə olmaq lazımdır. Gələcək nəsil gələcəyini dədə-babalarının keçmişi üzərində quracaq.

Yaxın gələcəkdə Şərqdə aləm bir-birinə qarışacaq. Buna səbəb elə özləri olacaq. Qərbin şirin dilinə aldanıb bir-birlərini qıracaqlar. Şərq – dəhşət saçacaq, millətlər bir-birinə qarışacaq, dünyaya səpələnəcək. Yenə də Rusiya dünyanın köməyinə çatacaq. Amerikanın məngənəsində əzilən xalqlar nicat yolunu Rusiyada axtaracaq. Ruslar isə bəzi çatışmazlıqları olsa da, əslində ağıllı və mərhəmətli insanlardır. Onlar əl uzadan insanlara yardım edəcəklər, təşəbbüsü ələ alacaqlar. Bu xalqa bel bağlamaq olar – həm güclü və məğlubedilməzdirlər, həm də dərrakəlidirlər.

Hər kəsin bildiyi faktı bir daha xatırladaq ki, Stalin özü gürcü olub və öz soy-kökünə də həmişə sadiq qalıb. Ruslara verdiyi dəyər, güman ki bu xalqı yaxşı tanımasından irəli gəlir. Etiraf edək ki, günümüzdə həqiqətən də əzilən xalqlar Rusiyanı xilaskar görürlər və Stalinin dediklərinin 90%-i də həyata keçib. 


Şəfiqə ŞƏFA