adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Iyun 2016 12:08
13028
İDMAN
A- A+

Yığmamızın bayraqdarı açıqlandı

Azərbaycanın Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bayraqdarı boksçu Teymur Məmmədov ola bilər.

Bunu gənclər və idman naziri Azad Rəhimov deyib. O qeyd edib ki, T.Məmmədovun bayraqdar olması bu gün Bakıdakı Dünya Təsnifat Turnirində 1/4 final döyüşündən qalib ayrılaraq, olimpiadaya lisenziya qazanacağı halda rəsmiləşəcək.

"Azərbaycan milli komandasının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bayraqdarı boksçu Teymur Məmmədov ola bilər. Əgər Teymur Məmmədov olimpiadaya lisenziya qazanmasa bayraqdarın kim olması ilə bağlı yekun qərarı Milli Olimpiya Komitəsi verəcək".