adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 Iyun 2016 00:54
14582
İDMAN
A- A+

Türkiyə yığmasından ilk qələbə - YENİLƏNDİ

 Çexiya – Türkiyə - 0:2 

Qol: Burak Yılmaz, 10 (0:1), Ozan Tufan, 65 (0:2)

***

"Avro-2016"da qrup mərhələsinin III turunun oyunları davam edir.


Bu gün D qrupunda iki oyun keçiriləcək.


Turnirə Uğursuz başlayan Türkiyə millisi bu gün son matçına çıxacaq. Fatih Terimin komandası son turda Çexiya ilə üz-üzə gələcək. "Ay ulduzlular" 1/8 finala çıxmaq şanslarını saxlamaq üçün bu görüşdən mütləq qalib ayrılmalıdır. Əks təqdirdə Türkiyə millisi turnirdə mübarizəni dayandıracaq.


Qrupun digər görüşündə Xorvatiya son Avropa çempionu İspaniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Qrup lideri olan ispanları bu matçda heç-heçə də qane edəcək. Xorvatlar isə qrup birinciliyinə yüksəlmək üçün mütləq İspaniyanı məğlub etməlidir.


Qeyd edək ki, hər iki oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək.