adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Iyun 2016 23:40
12930
MƏMLƏKƏT
A- A+

“Gənclər dini radikallığa və ekstremizmə yox deyir”

Azərbaycan Respublikasının Prezidenti yaninda Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi şurasının dəstəyi ilə "Gəncliyin Təşəbbüsü”Maarifləndirmə İctimai Birliyi 20.05.2016-cı il tarixdən Qazax rayonunda "Gənclər Dini Radikallığa və Ekstremizmə yox deyir” adlı layihəsi cərcivəsində 7 seminar və 1 yekun konfrans kecirib.

 Seminarlar "dini radikallıq və ekstremizm nədir və onunla mübarizə” movzusunda Qazax Sosial İqtisad kolleci, ADPU Qazax filialı, Çaylı, Daş Salahlı və Xanlıqlar kəndində kecirilib. Yekun konfrans Qazax olimpiya idman kompleksinde"Dini radikalləğ və ekstremizmə yox deyək və Gənclərin Dini radikallığa və ekstremizm ilə mübarizədə üzərinə düşən vəzifələr”mövzusunda kecirilib. Ümumilikdə 8 tədbirdə 480 nəfər birbaşa, dolayısı ilə 1200 nəfər maariflənib. İştirakcılara 180 ədəd xususi geyim forması paylanılıb. Tədbirlərdə daha fəal iştirak edən gənclər sertifikatlarla mükafatlandırılibrar. Tədbirlərdə dini ekspert qismində Qafqaz Müsəlmanları Ruhani İdarəsinin zona qazisi İlham Suleymanov iştirak edirdi. Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin Tovuz bölgəsinin rəhbəri Vəliyev Eldəniz konfransda iştirakcılarına Dövlətimizdə Din,Dini azadlıq,Dini tolerantlıq,Dini radikalizm və ekstremizm haqda geniş məruzə edib. Layihənin əsas məqsədi rayonlarında gənclərin Dini radikallığa və ekstremizmə qarşı mübarizəsinə maarifləndirmə yolu ilə dəstək olmaqdır.”Dini ekstremizmə qarşı mübarizə haqda”qununu gənclərə təbliğ etməkdir. Milli mentalitetimizin qorunması,gənclərin hansısa dini cərayana, təriqətə, dini qruplaşmanın, sektanın aldanaraq qurbanına çevrilməsinin qarşısını almaq, onların təsirinə düşməmək layihənin əsas məqsədidir. Qarşıda qoyulan məsələlər layihə cərcivəsində tam icra olunub.