adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Iyun 2016 13:47
10702
MƏMLƏKƏT
A- A+

DYP-dən bağlanan yollarla bağlı Açıqlama

Ölkəmizdə keçirilən "Formula 1” yarışları ötən gün başa çatıb. Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-də gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlanmışdı. Həmin ərazilərdə yol hələ də bağlıdır.

Həmin istiqamətlərdə yolun nə zaman açılacağına gəlincə, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov açıqlamasında bildirib ki, hələlik təşkilat komitəsindən bununla bağlı onlara məlumat daxil olmayıb.

Şöbə rəisinin sözlərinə görə, bağlanan yolların nə zaman açılacağı məlum deyil. DYP rəsmisi bildirib ki, gün ərzində bununla bağlı təşkilat komitəsi məlumat yayacaq, ola bilər ki, bəzi yollar bu gün açılsın.

"Bu gün nahardan sonra "Formula 1" yarışı ilə əlaqədar Bakı Şəhər Halqası boyu kəsişmələrdə yerləşən küçələrdəki maneələr aradan qaldırılacaq”.

Qeyd edək ki, "Formula 1” yarışının keçirildiyi ərazilər üzrə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyətin iyunun 21-i səhər saat 06:00-da aradan qaldırılacağı deyilmişdi.