XOŞBƏXTLİYİNİ ETİRAF EDƏN ŞAİR

ƏBÜLFƏT MƏDƏTOĞLU
407076 | 2013-01-30 11:44

Öncə ordanbaşlayım ki, Azərbaycanın tanınmış söz adamları sırasında özünəməxsus yeri olanRafiq Yusifoğlu poeziya dünyamızda öz imzasını kifayət qədər sevdirə bilib.Yəni bu imza istər elmi araşdırmalarda, istər poeziya axarında, istərnəğmələrdə, istərsə də baş redaktoru olduğu "Göyərçin" jurnalındaoxucular tərəfindən gözlənilir, axtarılır, izlənilir.

Uzunillərdən bəri şəxsən tanıdığım və yaradıcılığının böyük bir hissəsi ilə şəxsənünsiyyət qurduğum, baş-başa qaldığım Rafiq Yusifoğlu bir söz adamı kimi özühəmişə arxa planda dayanır.

Bir addımsözündən geridə dayanıb, sözünü oxucuya təqdimatsız təqdim edən Rafiq Yusifoğlubirmənalı olaraq başını aşağı salıb öz dünyası ilə. Öz qələmi iləyol-yoldaşlığı edir. Onun dünyasının qapısı da, pəncərəsi də, yolu-yolarası dasözdü, qapı-pəncərəsi də elə o dünyanın işığı da, sərhədləri də. Mən RafiqYusifoğlunu tanıdığım, mütaliə etdiyim gündən bəri özüm üçün müəyyənləşdirmişəmki, Rafiq Yusifoğlu sözdən uzaqda yaşaya bilmir. Onun nəfəsi də sözdü, qidasıda sözdü, bütövlükdə sözdən yoğrulub Rafiq Yusifoğlu. Görünür, bu qənaətindəyanılmadığını sübut etmək üçün Rafiq Yusifoğlu yazıb bu şeiri:

Ağlayıbgülürəmsə,

xoşbəxtəm,Allahım!

Kiminsəxoşuna gəlirəmsə,

xoşbəxtəm,Allahım!

Səninyaratdıqlarını

sevəbilirəmsə,

xoşbəxtəm,Allahım!

Doğrudanda, belə dərindən düşünəndə, məhz bu şeirin içərisinə girəndə xoşbəxtliyin hərkəsin öz ovcunun içində görməmək, ona sahib çıxmamaq adama bir az qəribə gəlir.Yəni qarşında olan xoşbəxtliyi doğrudanmı görə bilmirsən? Axı xoşbəxtlik üçünçox adi, çox elementar şeylər gərəkdir. Taxt, tac, villa, pul-para, şöhrət,mənsəb yox, məhz Rafiqin dedikləri gərəkdi insana xoşbəxt olsun.

Yəniağlayıb gülə bilsin, sevə bilsin, düşünə bilsin, duya bilsin və bir də kiminsəxoşuna gələ bilsin. Zənnimcə, bu, şairin xoşbəxtlik barəsindəki konkret bir riyazidüsturudur. Mən bu düsturu alqışlayıram.

RafiqYusifoğlu məhz o düsturdan çıxış edərək təbiətə də heyranlığını, sevgisini çoxrahatlıqla ifadə edib. İstər gül bayramı olsun, istər lalə dənizi, istərBakının küləkləri, meşələr, ormanlar, fərqi yoxdur. Bunların hamısına RafiqYusifoğlu həmin düsturdan yanaşır və yazır:

Meşəyəheyrətlə baxıram,-

Meyvəağacları kimi

çiçəkləyibiçim də...

Bəbəklərim

baharbuludlarına

bənzəyir, -

Bir leysanuyuyur

içimdə...

Ürəyimsəksəkədə

gözlərimsə

uşaqlarabaxır...

Meşəyəbahar,

qəlbimə isə

həsrətyağışları

yağır...

Bəli,doğrudan da dünyaya içindəki sevgidən baxa bilsən onun sirlərinə də yol tapabilərsən. Özünə də, hətta sirlərindən agah olduğun, yaşadığın bu dünya səni özgözəlliyi ilə, öz sehrləri ilə dərddən-qəmdən çəkib qopara bilər. Təəssüf ki,biz bəzən bunun fərqinə varmırıq. Eləcə dərdin, qəmin yaxasından yapışıb ancaqonun izlərini ömrümüzdən silməyə cəhd göstəririk. Belə olan halda isə ömrünqayğılar içərisində necə keçdiyindən bəzən xəbərimiz də olmur. Xəbər tutandaisə... Rafiq Yusifoğlu yazır:

Qoymadı

səpdiklərimbitə,-

ələndi qarşuma...

Ürəyinböyük sevgiyə

hazırdeyildisə,

Niyə çıxdın

qarşıma?

Doğrudan dasevgi adlı uzun, ağrılı-acılı, oddan-alovdan keçən yola hazırlıqsız çıxmaq nədeməkdir? Ümumiyyətlə, bu kimə lazımdır? Zənnimcə, sevənlərə gərək deyil. Heçonlar bunun izinə də düşmürlər. Olsa-olsa sevgini əyləncə sayanlara, sevgi iləoynayanlara gərək ola bilər. Olsun. Bəs son? Sonda dörd divar arasında qalmaq,atılmaq, sınmaq necə bəs? Onu göz önünə alırsınızmı?..

Mən RafiqYusifoğlunun üç fəsildən ibarət olan kitabını oxuduqca yuxarıda vurğuladığımsualların cavabları ilə hər misrada qarşılaşdım. Mənə elə gəldi ki, Rafiq təkcəyaşadıqlarını, duyduqlarını yox, həm də özündən bir addım qabaqda olan sözünündiqtəsi ilə tablo çəkir. Bu tabloların hər birində məhz yaşamın, yaşanacaqlarıncizgiləri üzümüzə gülümsəyir. Bu təbəssüm həm də bir işıqdı.

Elə bil ki,asılıb

Qəlbim göyqurşağından.

Yol gedirəmgecələr

Sevgiminişığında.

Həsrət nurubərq vurur

Damlasındayağışın.

İçiminurlandırır

Onun bircəbaxışı...

Və yaxud:

Daha sevincboylanacaq gözündən,

Əzablarınbaş götürüb gedəcək.

Mənli dünyasəni aldı özündən

Mənsizdünya səni xoşbəxt edəcək...

Və yaxud:

Dərdinəlləri var sənin yaxanda

Gözlərin önündənduman, çən keçir.

Tanrıdərgahından yerə baxanda

Sənixoşbəxt görmək könlümdən keçir...

Zənnimcə,son dərəcə səmimi hisslərin, etirafların işığında ancaq sevməyi, sevilməyidüşünmək dünyanı başdan-başa işıqda görmək mümkündür.

Çünki şairbütün varlığı ilə öz ürəyini alovlandırır, öz varlığını da o alova bükür vəsərgiləyir oxucunun qarşısında. Əslində Rafiq Yusifoğlunun sözü budur,poeziyası budur! Özü də vurğulayır ki, başqasının sevincinə sevinməyəntənhalığa məhkumdur. Rafiq həmin fikri poetik olaraq belə misralayır:

Təkcə özünüdüşünən

Cücərəbilməyən

çürüktumdu.

Heç kəsinsevincinə

şərikolmayan

tənhalığaməhkumdu...

Bəli, mənRafiq Yusifoğlunun poeziyasında böyük etiraflarla da üz-üzə gəldim.

Həminetirafların hər biri də şairin özünün özündən sorğusudu, özünün özünə diqtəsi,özünün özündən cavab umması, özünün özü ilə bir növ haqq-hesab çəkməsidi. Bax,bu şeirdə olduğu kimi:

Mən ki,sənə heç zaman

əzizolmamışam,

indi bu nəumu,

bu nəküsüdü?

Gizliyazışmaların

səninqəlbinin

güzgüsüdü...

"Könülsəltənəti"ni oxuduqca Rafiq Yusifoğlu poeziyasının könlümə hakim olduğunubir daha hiss etdim. Və birmənalı olaraq duydum ki, söz qələmlə ürək arasındakörpüdü. Ürəkdən qələmə, qələmdən kağıza, kağızdan isə təkrar oxucu könlünəqayıda bilən söz yaşayan sözdü. Rafiq Yusifoğlu yaşayan sözün sahibidir.

Mən bukiçik qeydlərimi elə onun öz misraları ilə yekunlaşdırıram. Düşünürəm ki, bumisralar qələm dostum barəsində söylədiyim fikirlərin daha bir sübutu olacaq:

Məni dincdurmağa qoymur ürəyim,

Qaynarocaqların közü məndədir.

Bu gözəldünyadan doymur ürəyim,

Elədünyanın da gözü məndədir...

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV