adalet.az header logo
  • Bakı 20°C
20 Iyun 2016 11:02
39156
HÜQUQ
A- A+

YAP-ın 72-ci deputatı Ağdaş seçki dairəsindən seçildi

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlarının sayı 72-yə çatıb.

Adalet.az Report-a istinadən xəbər verir ki, partiyanın 72-ci deputatı 90 saylı Ağdaş seçki dairəsindən seçilib.

YAP-ın namizədlərinin 71-i 2015-ci V çağırış Milli Məclisə seçkilərdə qalib gəlib.

Hakim partiya nəticələri ləğv edilən 90 saylı Ağdaş seçki dairəsindən də namizəd irəli sürüb.

İyunun 18-də keçirilən təkrar seçkilərdə YAP-ı partiyanın rayon təşkilatının sədri Cavid Osmanov təmsil edib.

İlkin məlumatlara əsasən, təkrar seçkilərdə həmin dairədən 40 203 seçicidən 19 674 (85,56%) nəfəri C.Osmanova səs verib.

Beləliklə, YAP-ın deputatlarının sayı 72-yə çatıb.

Yeni Azərbaycan Partiyası onlardan 71-nin namizədliyini rəsmi formada irəli sürüb.

Bir nəfər YAP üzvü Mirzəcan Xəlilov öz təşəbbüsü ilə seçkiyə qatılıb. 2015-ci il noyabrın 1-də keçirilən parlament seçkilərin o, 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat seçilib.