adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Iyun 2016 13:39
13980
KRİMİNAL
A- A+

Neftçalada dalğıc meyiti tapılıb - YENİLƏNİB

Dünən axşam saatlarında Xəzər dənizinin Neftçala rayonuna yaxın ərazisində sərhədçi gəmisi tərəfindən dalğıc geyimində aşkar edilmiş cəsədin kimliyi məlum olub.

Adalet.az-ın Virtualaz.org-a istinadən xəbərinə görə, Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya ETT Birliyinin Salyan rayonlararası Zona Mərkəzində aparılan tanınma analizinin nəticələrində bildirilir ki, meyit 10 gün əvvəl axtarışa verilmiş Bakı şəhəri, Xətai rayon sakini, 62 yaşlı Fedin Yuri Fyodroviçə məxsusdur.

Mərhumun oğlu atasının həvəskar balıq ovçusu olduğunu və uzun müddət dalğıc kimi işləyini qeyd edib.

Onun sözlərinə əsasən, hadisə iyunun 8-də Xəzərin Hövsan hissəsində baş verib. Dalğıc geyimində balıq tutmaq üçün dənizə baş vuran Yuri bir daha geri dönməyib.

Hadisəninyadalğıc ləvazimatındakı texniki nasazlıq,ya da dalğalı dəniz səbəbindənbaş verdiyini ehtimalolunur.


****
Dünən, iyunun 18-də, Neftçala rayonunun ərazisində Xəzər dənizində kişi meyiti aşkarlanıb.

Adalet.az Virtualaz.org-a istinadən xəbər verir ki, sərhədçilər tərəfindən tapılan və çürüməyə məruz qalmış cəsəd dalğıc geyimindədir.

Hazırda meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılı