AMERİKA DOSTUMUZDUR???

SEYFƏDDİN ALTAYLI
105984 | 2016-06-18 08:20
"Dostluq günüz görünm?z, o işıldaquş kimi yalnızca gecələri parıldayar".
Sandor Petöfi

Dövlətlər arasındaki dostluq, qarşılıqlı şəkildə razılaşılmış mənafeyə arxalanır, ancaq millətlər arasındaki dostluq isə ondan fərqlidir. Buna nümunə kimi Türkiyə ilə Pakistan və ya əfqanıstan xalqını örnək göstərə bilərik. Eyni kökdən gələn xalqların dostluğu, dostluq deyil qardaşlıqdır, bunun ən gözəl örnəyi də Anadolu xalqı ilə Azərbaycan xalqıdır. Hər iki xalqın tarixi dostluğunu, əzəli və əbədi qardaşlığını bütün dünyaya nümayiş etdirən olaylar Yavuz-Şah İsmail arasındaki şəxsi ehtiras və yadların intriqasının oyuncağı olmağı bir yana buraxıb, Çanaqqala Döyüşlərində Azərbaycan Türklüyünün, Bakıda erməni-rus birləşmələrinin törətdiyi soyqırıma mane olmaq üçün də Anadolunun hər bir küncündən gələn Məhmətçiklərin bu ata-baba diyarımızda döyüşüb şəhid olmalarını göstərə bilərik.
Amerika ilə Türkiyə arasındaki dostluq ancaq və ancaq qarşılıqlı mənafe ilə yaranıb, lakin bu dostluqda hansı tərəfin səmimi olduğu sual edildikdə gözlə görünən fakt Amerikanın bu dostluğa bilərəkdən xəyanət etməsidir, çünki onun üçün maddi mənafe dostluqdan irəlidir.
Amerikanın biz türklərlə bağlı düşüncələrini ən gözəl şəkildə Amerikalı provaslav missioneri Levi Parsons tarixdə qeyd olunan sözlərilə açıqlayıb. Parsons 1820-ci ildə Osmanlı erməniləri arasında fəaliyyət göstərib, onları dövlətin əleyhində üsyan etdirmək məqsədi ilə İzmir şəhərinə gəldikdə ayağını quruya qoyar-qoymaz "Bu günah İmperatorluğunu yerlə yeksan etmək mənə əhd olsun" deyərək işə başlayıb. Osmanlının son çağlarında Amerikanın Anadolunun hər bir küncündə açdığı missioner məktəblərində yetişən erməni terrorçuları dövlətə üsyan etdilər və milyonlarla dinç Anadolu türkünü vəhşicəsinə qətlə yetirdilər.
Osmanlı dövlətinin külləri arasından Türk tarixinin əvəzsiz komandiri və dövlət xadimi Atatürk silahdaşları ilə əlbir olub Türkiyə Cümhuriyyətini yaratdıqdan sonra dövlətin və xalqın qərb ilə inteqrasiyasının daha xeyirli olacağını fikirləşdi və bu düşüncəsini ancaq qərbə gözüyumulu təslim olmamaq şərtilə həyata keçirdi. "Həyatda ən həqiqi mürşid elmdir" deyərək yeni nəsilləri elmə istiqamətləndirdi. İstiqamətləndirdi ki, ayıq olsunlar və dostu düşməni yaxşı tanıyıb, səçə bilsinlər.
Atatürkdən sonrakı hakimiyyətlər Türk gəncliyini ayrı-ayrı yerlərə yönləndirdi, indikilər də həqiqi İslam əvəzinə ayrı bir İslama yönləndirib. Bu da bir taledir də...
Amerika bu gün Türkiyənin dostudur (ə), müttəfiqidir, ancaq mənə görə ən böyük düşmən elə Amerikanın özüdür, çünki onlar bizim həm millət hə də dövlət olaraq genetik qurğumuzu dağıtmağı planlayıb həyata keçiriblər. Bunun üçün də Marshall Planı deyilən layihə ilə işlə başlayıblar. Amerika, İkinci Dünya Müharibəsindən sonra guya dağılıb, məhv olan Avropaya yardım işinə girişdi və bu plana Türkiyəni daxil etmədi. Bu layihənin yeganə məqsədi həm Avropanı iqtisadi yöndən inkişaf etdirmək həm də Sovetlərin kommunist təbliğatına qarşı tədbir görməkdi. Türk hökuməti də bir müddət sonra qərbin müttəfiqi olmaqdan cəsarətlə və haqlı olaraq müraciət edib bu yardımdan bəhrələnmək istədiyini təkidlə bildirdi. Amerika da Türkiyənin ağzına bir barmaq bal çalıb şirnikdirdi və sonra şərtlərini sıraladı: Atatürkün siyasəti tərk edilməli, Amerikan şirkətlərinin Anadoluda mədən axtarıb tapmasına, tapdıqlarından özünün istifadəsinə və neft buruqları vurmasına icazə verilməli, Türkiyə Cümhuriyyəti dövlətinin iqtisadi siyasətinə nəzarət edilməli, xarici sərmayənin Türkiyəyə daxil olmağına şərait yaradılmalı və onların öz qazanclarının tamamını ölkədən çıxarması işinə mane olunmamalıdır.
Amerika, Marshal yardımından Türkiyənin kinofilm quruluşu Yaşılçama da müəyyən miqdar ayırdı, təqribən 30-40 milyon dollar. Yaşılçamın böyüklərinə bu pulu yardım üçün vərdiklərini, ancaq müəyyən şərtlərinin olduğunu bildirdi. O şərtlər də əsas xətləri ilə bunlardı: Filmdə rol götürən aktyorlar və aktrisalar evə daxil olduqları vaxt ayaqqabılarını çıxarmayacaqlar, divanın və ya çarpayının üstünə uzandıqlarında ayaqqablı uzanacaqlar, oturduqları vaxt ayaqlarını səpayanın üstünə qoyacaqlar, filmdə xüsusi ilə aktrisalar iştaha ilə siqaret çəkəcəklər, qadınlar və qızlar ataları, anaları, qardaşları və qonaqları ilə içki içəcəklər və s.
Türkiyənin 2004-cü ildən 2013-cü ilə kimi doqquz ildə siqaretə ödədiyi pul 206 milyard lirədir. Bu merətin insan bədənində törətdiyi fəsadları isə sadalamıram, onlar hamıya məlumdur.
Özgəsindən pul alan, əmr də alar...
Marshall yardımı ilə başlayan və Amerikanın məngənəsinə daxil olunma prosesi bugün bizi çox daha çətin vəziyyətə gətirib-çıxarıb. Amerika, on illər boyudur ölkəmizdə qanı su kimi axıdan PKK terror təşkilatına yardım edir. PKK-nın qolu olan PYD-li terrorçulara Suriyədə dəstək olur. Onların yeganə məqsədləri İraqın qüzeyində yaratdıqları Kürd hakimiyyətini Suriyədəkilərlə birləşdirmək, Kərkük və Bayırbucaq Türkmənlərini bölgədən qovub buranı tamamilə kürdləşdirmək, yaradacaqları kürd dövlətinin Ağdənizə çıxışına nail olmaq və sonra da Türkiyəni bölüb-parçalamağa başlamaqdır.
"Onlar hiylə işlətdilər, Allah da onların tələsini puç elədi və onları cəzalandırdı. Allah tələləri məhv edənlərin ən xeyirlisidir. Ali İmran surəsi 54-cü ayət".
Türk, Tanrının ordusudur, onun icazəsi olmadan Türkü heç kəs məhv edə bilmədi, bilməyəcək...

TƏQVİM / ARXİV