ANA SƏHİFƏ / YAZARLAR

AZADLIĞIN... TUTUKLUSU

21611    |   2016-06-18 08:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məzahir ƏHMƏDOĞLU

Əlim əllərindən çəkilməmiş,
qonur gözlərimə
qara torpaqlar tökülməmiş,
unutdular məni, unutdular...

Vaqif Bayatlı Odər

...Yazıya epiqraf kimi gətirdiyim bu misralar qəzet-jurnal səhifələrini və kitabarı bəzəyən vaxtlarda özümə böyük qardaş bildiyim o illərin Vaqif Cəbrayılzadəsi bəlkə də dünyanın ən xoşbəxt insanlarından biri idi. Nəinki Azərbaycan, hətta Gürcüstan, Ukrayna, Özbəkistan və Moskva nəşrləri də Vaqifin qeyri-adi poeziyasından yazırdılar. Xoş sözlər, müqayisəli təriflər, heyranlıqlar... Bircə şey çatışmırdı: Vaqifin qeyri-adi xarakterini heç kim olduğutək "axtarmırdı". Fərqində olsaydılar, o dövrlərdə xoşbəxtliyə ən şirin sinonim olan məşhurluğunun "quş qanadlarında", azad göylərində nədən belə bədbin şeirlər də yazdığını ələşdirərdilər. Baxmayaraq, Vaqifin yaradıcılığındakı bu cür "qəddar" misralar müəyyən qədər onun özünün və ümumilikdə poeziyanın qeyri-səlis məntiqini də uzaqdan-uzağa dalğalandırırdı. Görənlər, duyanlar bu hisləri yaşaya bilsinlər deyə.
Əlbəttə, bu, həm də qərib bir şair ovqatıdır.
Jurnalistikanın da bənzər xüsusiyyətləri var bu kontekstdə. Belədir ki, gerçək və səviyyəli oxuyucuları olan hər bir yazar müəyyən mənada özünü xoşbəxt saya bilər. Axı imzan axtarılır, yaddaşlarda qalırsan, soruşulursan... Təbii ki, yönsüz, mənasız şeylər yazaraq oxucuları bezdirib zövqləri korlamaq jurnalistikada ən pis haldır. Ancaq unudulmaq da pisdir. Doğrudur, bu bir az başqa məna daşıyır, başqa halları xatırladır. Ancaq neyləyim ki, düşüncələrim də pərən-pərəndir, unutmaq-unudulmaq felinin obrazlaşmış tərəddüdləri kimi. Unudulmaq təkcə yazar kimi deyil, həm də bütün mənalarda faciədir. Ancaq mənasız söz yığınları ilə oxucuların gözlərini oğurlayıb ağrıtmaqdan, zəhləsini töküb qəzetdən çirkindirməksə heç görünməmək daha yaxşıdır bəlkə də. Baxın, bəziləri nə qədər gülünc hallara düşsələr də harada gəldi özlərinə imza yeri axtarırlar. Faciənin ironiyalaşan məqamları anlamında...
Görürsünüzmü, mənim düşüncələrimdə sözdən hadisə yaranır həmişə. Elə bu səbəbdən də on aya yaxındır ki, eyni vaxtda 2-3 xəstəliklə mübarizə apara-apara, yazılarımın heç birində buna işarə etmədim, taledən şikayətlənmədim. Fəqət bilənlər bildi. Hətta bir gün hansısa mücərrəd bir halımda, özüm də bilmirəm nəyə görəsə Türkiyədəki xəstəxanadan əli hər yerə çata bilən məşhur bir tanışımı aramağım da oldu. Mən indi də başa düşə bilmirəm ki, niyə məhz həmin şəxsə zəng vurmuşdum, mən ondan nə istəyirdim, mən ondan nə gözləyirdim? Bütün bunlar mənim nəyimə lazım idi ki? Bir anlıq həssaslığın və mərhəmətin sonradan adiləşərək "normal" vəziyyətə qayıtması elə də çətin bir məsələ deyil axı indiki zamanədə. Özümü qınadım. Divan tutdum zəifləyən hislərimə. Xəstəliyin ruhu zədələməsi hər kəsin qəbul edə biləcəyi proses kimi də düşünülməməlidir.
Bu arada bəzi "liliputların" biganəliyi, altan-altdan xəyanətləri, acılarıma... sevinmələri də vecimə olmayıb doğrusu. Heç kimdən, heç nədən şikayətim də yoxdur. Dözə biləcəyim məqama qədər Allahın verdiyi ömrü yaşamalı və çalışmalıyam. Şair dostum, bu, elə belədir ki var. Ancaq doğrusu belə bir həyat, belə bir dönüş həm də qeyri-adi bir həbsxanaya bənzəyir mənim düşüncələrimdə. Bəlkə də oyaqlığa yaxın bir yuxuya. Nə bilim, bəzən də Zakir Fəxrinin həbsxanasına da oxşayır. Yox, Zakirin həbsxanasında bir çox məqamlar reallıqlar üzərindədir, həyatdakı kimi görünür, ən azından film epizodlarına oxşayır. Buradasa, mənim həbsxanamdasa nə hündür divarlar var, nə tikanlı məftillər qıvrılıb-dolanıb, nə də amansız gözətçilərin əlləri tətikdədir. Hərə öz işi ilə məşğuldur. Bura azadlığın həbsxanasıdır. Zaman reallıqla yuxu arasında dartınır. İnanılmazlıqların adiləşən, tərzə çevrilən dövrüdür. Aldatmaq, ətrafına biganə olmaq, göz görə-görə unutmaq, and içə-içə uydurmaq...
Orda-burda isə hərdən mənə oxşayan qərib kölgələr sürünür sanki...

P.S. Qəzetin var olmasının, zirvələrdə qalmasının sevincini yaşamaqla, onun mümkün ağrı-acısını da içindən keçirməyi bacarmalısan. İndilərdə böyük qəzetlərin bu mənada ən həssas vaxtlarıdır. Bəzən yatağımdan, bəzən də özümü babat hiss edəndə iş masamdan həmin missiyanı yerinə yetirməyi özümə borc bilirəm. Baxmayaraq, son vaxtlar işimizin bir çox məqamları məndən umulmur da. Eləcə hərdənbir telefon zəngləri, hal-əhval... Xəstələr - azadlığın məhbusları buna da şükr etməlidirlər. Heç kəs düşünməsin ki, o, ömrü boyu sağlam qalacaq, qocalmayacaq və...
Son vaxtlar belə qənaətə gəlmişəm ki, çoxları nələrisə unutmaq üçün həmişə bir bəhanə gəzir. Təkcə özümə görə deyil, bütövlükdə cəmiyyəti də düşünürəm mentalitetimizin bu sirli bukletində.
... Yazmaq üçün hər dəfə imkan yarandıqca qələmə almaq istədiyim bu hekayət bəlkə də çox uzanacaqdı. Bəlkə heç bitməyəcəkdi. Ancaq bu gün mənə zəng edib halımı soruşan dostum elə sözlərlə təbiilik və "sakitlik" yaratdı ki, yazını elə buradaca... azadlığa buraxmağı qərara aldım. Hətta həmişə məqamında yetişən dostum bu dəfə pəncərəmin önünə o məşhur "Son yarpağ"ın rəsmini çəkərək çıxıb getsə də belə...



İmza:

YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamın birinci katibi (adını çəkmək istəmirəm, çox gözəl insandı, amma lətifə bir az acıdı, xətrinə dəyə bilər) Bakıdan gələn şair və alimləri götürüb aparır Abdal-Gülablıya. Deyir sizi elə bir kəndə aparacam ki, burda hamı söz ustasıdı. Özü də çox qonaqpərvər, səmimi camaatdı, gedək bir az mırt tutaq.

Kəndə çatanda Şakir çıxır qabaqlarına. Maşını saxlayıb düşüb Şakirlə görüşürlər.

Katib dərədə otlayan eşşəkləri göstərib deyir:

- Şakir, o eşşəklər də Gülablıdandı?

Şakir bir katibi, bir qonaqları süzür, qonaqların içində olan Xudu Məmmədovu qonaqlardan ayırır və çəkir öz tərəfinə və deyir:

- Yox, yoldaş katib, qadan alım, onlar da sizin kimi gəlmədilər.





digər lətifələr
ARXİV
FACEBOOK