adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

ÜMİD KƏNDİRİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
57850 | 2016-06-17 17:25

Bəlli olduğu kimi, günlər bir-birinə o vaxt dahaçox bənzəyir ki, onda həyat sönür, yorucu, hətta yaşam eşqi sıfırın altınadüşmüş vəziyyətdə olur. Məhz həmin anda insan özünü o qədər anlaşılmaz, o qədərbezici bir formada görür, təsəvvür edir ki, onun üçün vaxtın necə ötməsinin, həttaheç ötməməsinin də önəmi olmur. Bu da gətirib bir psixoz durumuna çıxarır. Yənihamıdan aralanırsan, hamıya anlaşılmaz bir nəzərlərlə baxırsan, hamını özünəyad sayırsan. Lap çılpaq desək, özün özündən iyrənirsən. Bütün bunlar günahkarsaydığın günün aurasıdı... onun çəkisidi... onun sıxmaq, boğub məhv etməkgücüdü... Bu da yenə sonda insanın özünəikinci bir zərbədi...

Bax, bütün busöylədiklərimin indiki günə, indki zaman kəsiyinə bütün ağırlığı ilə hopması məndədə həmin o durumun yaşanmasına gətirib çıxarıb. Və indi bugünün içərisində birhavasızlıq, bir tənhalıq, bir sahibsizlik, bir ümidsizliklə qarşı-qarşıyadurmuşam. Və elə bilirəm ki, bu gün hər şeyin, hətta həyatın sonudu. Bir azümidsiz, bir az insanı çıxılmazlığa çəkib aparan belə bir günün ovqatınıyaşamaq və onu həm də sözə çevirmək olduqca çətindi. Amma Allahın verdiyi sözyazmaq qabiliyyəti bu anda bəlkə də son və yeganə çıxış vasitəsidi. Mən də həmino vasitəyə söykənib, daha doğrusu, o sözləri bir-bir sapa düzüb yaşantılarımıyazı etməyə çalışıram. İstəyirəm ki, bu yazıyla sıxıntılı, ümidsiz, məni boğuböldürmək istəyən günün içərisindən özümü çəkib çıxarım. Bilmirəm alınacaq, yayox, amma necə deyərlər, cəhd özü də bir xilasdı, mən də cəhd edirəm...

Bəli,təbiətin insana təsiri danılmazdır. İlin, günün elə vaxtıdır ki, şair demiş, təbiətinsanı ilhama çağırır. Amma bu çağırışı eşitmək hələ işin hamısı demək deyil.Bu çağırışa qoşulub getməkdi işin hamısı. Mənim isə imkanım, gücüm sadəcəçağırışı dinləməyə çatır. Həm maddi, həm də mənəvi baxımdan həmin çağırışıreallaşdırmaq mənim üçün çox çətindi. Ən azından getmək istədiyim, qol açmaqistədiyim bu təbiət guşəsi düşmən əlindədi. Mənim ora ən yaxşı halda xəyalən,ruhən səfərim gerçəkləşə bilər. Deyə bilərsiniz ki, o yerlər durub Bakıya gələsideyil. O yerlərə biz durub getməliyik, ocümlədən də mən. Ancaq burada kiçik bir nüans var. Bu da o yerlərə mənim təkbaşınagetməyimin heç nəyi dəyişməməsidi. Olsa-olsa mən o yerə ayaq basanda ya gülləyə,ya mərmiyə tuş gələ bilərəm. Bu da bir ailənin göz yaşı olar. Başqa nə dəyişəcəkki? Başqa nə yerinə qayıdacaq? Nə ətrafdakıları ayağa qaldıracaq? Zənnimcə, heçnə. Hətta adama bir ayamaqoşulmasının da mümkünlüyü realdı. Ən yaxşı ayama isə yəqin ki, "dəli"olacaq. Deyəcəklər ki, "başı pozulub, özünü idarə edə bilməyib və çıxıbgedib". Və bir də mətbuat bir neçə gün təzə mövzu ilə "bayram"edəcək. Bütün bunlar həmin o dediyim, içində olduğum yorucu günün mənə olanbasqılarının, həmlələrinin canımdan, ruhumdan qopardığı qəlpələrdi. Mən dəonsuz da şam kimi əriyən içimin işığında durub, dayanıb dözməyə çalışıram. Eləbu durub, dayanıb, dözmək özü da sual yaradır, özü də sıxıntıya çevrilir. Həmino sual da, sıxıntı da "nə vaxta qədər?" sorğusunu qabardır. Özü dəgözünün önündə dağ kimi durur... Təkcə göz önündə yox, ürəyində də dağaçevrilir.

Hə, mən buyaşananların təkcə özümə aid olduğunu düşünmürəm. Və çox gözəl bilirəm ki, mənimləeyni yükü çəkən, eyni ağrının daşıyıcısı olan kifayət qədər insanlar var. Sadədildə desəm, məni çalan ilan çoxlarının yanından elə-belə ötüb keçmir. Ona görədə məni qınayanların, yəni bu ümidsizliyin "daşını at” deyənlərin haqlıolduğuna etiraz etmirəm, sadəcə susuram.Onlar da susmağımı "başa düşmək" kimi qəbul edirlər. Ona görədə üstümə çox gəlmirlər. Üstümə isə məhz yorucu gün gəlir. Özü də bütünarsenalıyla.

Bəli,dedim ki, təbiətin insana təsiri bəllidi. Yuxarıda yazdığım fikirləri oxuyandansonra yəqin ki, mənimlə razılaşacaqsınız. Axı sizin təbiətlə təmasınız sərbəstvə azaddı... axı sizin gedən yeriniz, suyunu içdiyiniz bulaqlarınız...ağaclarına söykəndiyiniz meşələriniz, bənövşəsini dərdiyiniz ormanlarınızvar... Ona görə də mənim düşüncələrim, mənim istəklərim bir növü qanadsız quşabənzəyir. Cəhd edir, amma uça bilmir. Siz isə...

Sizingününüzün rəngi də, ətri-qoxusu da, hətta səsi də fərqlidi. Gümrahlığıyla, təravətiylədərhal diqqət çəkir, dərhal ruh oxşayır. Elə sizin çöhrəniz də həmin o dediklərimingüzgüsüdü, ifadəçisidi. Mən bir seyirçi olaraq sizlərə baxa-baxa özümün durumumu,əhvalımı kökləməyə, dəyişməyə bir stimultapmaq istəyirəm. Bu var, ortadadı, göz önündədi. Amma mənim ona haqqım çatırmı? Mən ondan yararlanabilərəmmi? - sualları istər-istəməz məni tərk etmir. Görünür, elə buna görədirki, özümə doğma bildiyim, güvəndiyim, sığındığım, az qala özüm hesab etdiyim kəslərdə məndən aralı gəzir, məndən uzaq durur. Yəqin günümün kölgəsinin onların üzərinədüşəcəklərindən ehtiyat edirlər. Axı, mənim bu günüm Baba Pünhan demiş,"it günüdü". Yəqin ki, həmin məşhur bəndi xatırlayırsınız. BabaPünhan yazmışdı ki:

İtim,dur gəl önümdə,

Gəlbaşına dönüm də.

SənPünhanın günündə,

Pünhanda it günündə!

Bax,elə bu nöqtədə mən də kökləndiyim həmin o məni sıxan günün içindən, onuncızdığı dairədən çıxmaq üçün sözün ətəyindən yapışmışam. Az qala bir udum hava,bir qurtum su kimi ciyərlərimə hopdurmaq istəyirəm. Əslində isə ürəyimdən ətrafa ünvanlayıram həminsözü. Özü də misralanmış formada.

Heç vaxt

istəyimi demədim,

yazmadım

sadəcə

bir küncə çəkilib

ürəyimə

qulaq asdım-

dinlədim...

sonra

sıxdım ovcumuniçində

ürəyimin səsini

kimsə eşitməsindeyə...

dizlərimi yerə,

gözlərimi göyə

sancıb

çağırdım

öz günümdəolanları

ürəyimə köməyə!..

***

Bir deyim var.Bilmirəm nə qədər gerçəkdi. Amma eşitmişəm və yaddaşıma yazmışam. Deyirlər ki,"günü necə başlayırsansa, elə də başa vurursan". Mən zaman-zaman budeyimin fərqinə varmadım. Necə deyərlər, eləcə başına buraxdım, sahibsiz atkimi çapıb getdim. İndi düşdüyüm durum, içərisində olduğum aura hardansa odeyimi yaddaşımın alt qatından, arxivin tozlu bir küncündən çəkib çıxardı. Və mənyadıma düşən bu deyimin izləyicisinə çevrildim, özüm də istəmədən. Başladım budeyimin günlə birlikdə sonuna doğru getməyə. Və gördüm ki, həqiqətən dəsınaqdan çıxmış deyim imiş söylənilən fikir. Belə ki, günün sona, işin başaçatmasına baxmayaraq, ovqatda, iç dünyamda heç nə dəyişmədi, heç nə yeriniişıqlı bir nəyəsə vermədi. Eləcə sıxıntı və üzücü əhval mənə qoşulub evə, ailə-uşağınyanına da getdi. Onda özümü daha çox qınadım. Çünki yaşadığım özülsüz mənzilindörd divarı arasında bir iynə ucu boyda ümid qoruyub saxlayır ailə üzvlərim. Mənonların ümidini otaqdan, divar arasından sıxışdırıb çıxarırdım. Və onlar da mənimgünümün havasına köklənirdilər, özü də günahsız yerə. Bu məqamda ailənin nə deməkolduğunu təkrar xatırladım, təkrar dərk etdim. Və günahımın ağırlığı altında eləsıxıldım ki, az qala torpağa yapışdım:

- İlahi,yaratdığın bəndənin sınandığı bütün məqamlar sənə bəllidi və sənin bütünsınaqlarının daşıyıcısı olan bəndə bəzən özündə olmur, özündən çıxıb gedir. Və iç dünyası boşaldığı üçün həmin yerihavasızlıq, sıxıntı, ümidsizlik, ağrılar tutur. Bu da sonda ailəyə təsir edir.Heç olmasa o iç dünyanın boşalmasına, o proseslərin ailəyə transfer olmasına sərhədçək, durdur, dayandır. Qoy bəndə özü öz gününün yükünü çəksin, öz gününün içindəçabalasın. Və onun çəkdiyi də, çabaladığı da özünün olsun.

Elə bu düşüncələrlədə əlimi kağıza, qələmə uzadıram.

İçim dolu gözyaşı

Boğulur içimyaşdan...

Quruyubdil-dodağım-

Mən necə içimyaşdan?!

İtirdim də,tapdım da

Yoğurdum da,yapdım da...

Cəhd etdim ki,vaxtında-

Qurunu seçimyaşdan...

Çox ağrıtdıbaşımı

Ağır etdidaşımı...

Xatırlatdıyaşımı-

Tay gərək keçimyaşdın...

Qəm də Əbülfətəyar

Köynək gəlir onadar...

Birtopa ağ bulud var-

Əyniməbiçim yaşdan!..

***

Hə,mən bu yazını içində olduğum və içimə hopmuş günün acığına yazıram. İstəyirəmki, bununla məni sıxan, məni boğub öldürməyə çalışan günə etirazımı, üsyanımıdilə gətirim. Bilmirəm, alınır, ya alınmır. Hər halda mən bacardığımı edirəm.Necə deyərlər, varını verən utanmadığı kimi, mən də söz varımı ortaya qoyuram.Elə bilirəm ki, bu söz, onun təsiri, onun qarşılanma effekti məni bugününcaynağından alacaq və mən ümidin, yəni sizlərin yanında olacam. Elə həmin oümidin, elə sizlərin işığını uzaqdan da olsa görmək bugünkü halda mənə düşdüyümquyudan çıxmaq üçün atılmış kəndirə bənzəyir. Çəkin o kəndiri!..

ƏbülfətMƏDƏTOĞLU


TƏQVİM / ARXİV