adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Iyun 2016 12:41
8402
ƏDƏBİYYAT
A- A+

Xalq şairi Söhrab Tahirin məzarı ziyarət olunub

Mərhum xalq şairi Söhrab Tahirin Fəxri xiyabanda məzarı ziyarət olunub. Aadalet.az xəbər verir ki, şairin qələm dostları, ailə üzvləri, sevənləri məzarının üstünə tər çiçəklər düzüblər.

Tədbirdə xalq şairləri Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, xalq artisti Niyaməddin Musayev, əməkdar artist Yaqub Zurufçu və digər çıxış edənlər şairin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıblar, əməyinə dövlət və xalq tərəfindən yüksək qiymət verildiyini vurğulayıblar.

Bildirilib ki, vətənindən didərgin düşmüş soydaşlarımızın nisgili Söhrab Tahirin şeirlərində zərif, xəfif şəkildə əksini tapıb. Onun yaradıcılığında ikiyə bölünmüş Vətənin həsrəti, azərbaycançılıq ideyaları sönməz məşəl kimi həmişə alovlanıb. Söhrab Tahir çağdaş ədəbiyyatimizin nəhəng simalarındandır və qələm sahiblərindən ən məhsuldarı olub. İndiyə qədər şairin 1000-dən çox şeiri, 57 poeması, 8 romanı, 10 povesti, 70-dən çox hekayəsi, 800-dən artıq ədəbi-elmi-publisistik məqaləsi çap olunub. Bununla yanaşı, xarici ölkələrdə də kitabları nəşr edilib.

Bildirilib ki, ömrünün son anlarında xəstə olsa da, altı min altı yüz beytlik "Ata” poemasını yazan şairin ölümündən sonra kitabı nəşr edilib.