adalet.az header logo
  • Bakı 19°C
14 Iyun 2016 17:33
11321
MƏMLƏKƏT
A- A+

“Son zəng” necə keçdi? - FOTOSESSİYA

Bu gün Bakıda, o cümlədən paytaxtda olan təhsil müəssisələrində "Son Zəng” çalınıb. Hər il olduğu kimi bu il də bu tədbirlərlə bağlı ciddi tədbirlər görülüb. Polis gücləndirilmiş iş rejimində işləyib. Təhsil Nazirliyinin isə müvafiq əmri olub. Aparılan araşdırmalar isə onu deməyə əsas verir ki, təşkil olunan tədbirlərdə şükürlər olsun ki, xoşagəlməz hallar qeydə alınmayıb.

Adalet.az "Son Zəng” günü Bakıda fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində araşdırma aparıb. Yasaml rayonunda yerləşən təhsil müəssisələrində aparılan aradırmalar onu deməyə əsas verir ki, məzunlar və məktəb rəhbərliyi təhlükəsizlik tədbirlərinə son dərəcə diqqətlə yanaşırdılar. Məktəb çərçivəsində baş tutan tədbirlərdə rayon təhbərliyi, rayon təhsil şöbəsinin əməkdaşları və məktəb rəhbərliyi iştirak edirdi. Məzunlar isə bu bayrama öz sevincləri ilə rəng qatırdılar.

Orta məktəblərdə "Son zəng” əhval-ruhiyyəsi nə yerdədir?

126 saylı məktəbin direktoru Şəmsi Qocayev bu günlə bağlı arzu və diləklərini bizimlə bölüşür. Bu gün məzunların həyatında ən vacib günlərdən biri olduğunu deyən direktor onların necə təhsil almaları və hansı vəzifədə olmalarından asılı olmayaraq, hər birinin əsl vətəndaş olmasını arzulayır.

Bakının Sabunçu rayonunda yerləşən 170 saylı orta məktəbin direktoru Nuranə Mirzəyeva öz məzunlarının məktəbi bitirmələrinə görə daha çox sevinmələri və bəlkə də onların bu hadisə ilə bağlı bir daha heç vaxt nostalji hisslər yaşamamaları üçün əlindən gələni edir. Bunu orta məktəbin şagirdləri və valideynlər təsdiqləyirlər.

"Hər il onlarla məzun yola salmağın özü də direktor və rəhbərlik heyəti üçün şərəf və uğurlu haldır. Şagirdlərin gələcəyinin işıqlı və şəffav olmasında məktəbin işçi heyətinin əvəzolunmaz rolu vardır” deyən məzun anası Rəbiyyə Salmanova bütün məzunlara qarşıdan gələn imtahanlarda uğurlar və müvəffəqiyyətlər arzu edir.

Onların sonuncu ili həm də təhsil aldğı doğma mətəblərinə gətirdikləri uğurları ilə yadda qaldı. Sonuncu dərs ilində Azərbaycan respublikası üzrə 131 şagird qızıl medala layiq görüldü.
Qızıl və gümüş medal alanların 69 nəfəri Bakı, 83 nəfəri isə bölgə məktəblərini təmsil edir. Onların 135 nəfəri dövlət, 17 nəfəri özəl məktəblərdə təhsil alıb. Medal sahiblərinin 75 nəfəri oğlan, 77 nəfəri qızdır.

Şagirdlərin "son zəngi”i ilə balı Təhsil naziri Mikayıl Cabbarov da öz təbrikini onlara çatdırıb.

Qeyd edək ki, bu ildən Azərbaycanın məktəblərində "Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Rüfət SOLTAN