adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Iyun 2016 13:35
6945
MƏMLƏKƏT
A- A+

Yağıntıların gətirdiyi fəsad: 5 rayonda su olmaycaq

Son günlər intensiv yağıntılarla əlaqədar Kür çayında suyun bulanıqlığı dəfələrlə artıb.

Bu barədə "Azərsu” ASC-dən Adalet.az-a bildirilib.

Bununla əlaqədar Kür Sutəmizləyici Qurğularında suyun emalı mümkün olmadığından Kür-Bakı, Şirvan-Muğan və Saatlı-Sabirabad qrup su kəmərləri ilə suyun nəqli dayandırılıb.

14 iyun tarixində gün ərzində Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Biləsuvar şəhərlərinə, həmçinin Bakı şəhərinin Qaradağ rayonunun, Badamdar, Binəqədi, Biləcəri, Xocasən qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Nizami və Xətai rayonlarının bəzi ərazilərində isə su təchizatı qrafikli rejimə keçiriləcək.

Yaranan narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.