adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
13 Iyun 2016 17:15
39197
HÜQUQ
A- A+

Nardaran polis bölməsinin rəis əvəzi yeni vəzifəyə təyin olunub

Yeni yaradılmış Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinin rəis əvəzi, polis polkovniki Azər Cahangirov tutduğu vəzifədən azad edilib.

Adalet.az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Azər Cahangirov Abşeron rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəsi müavini vəzifəsinə təyin edilib.

Hazırda 42-ci polis bölməsinin rəisi vəzifəsini rəis müavini Tərxan Əhmədov icra edir.