adalet.az header logo
  • Bakı 20°C
12 Iyun 2016 20:55
12820
DÜNYA
A- A+

Gecə klubunda baş verən hadisədə 50 nəfər ölüb - YENİLƏNİB

Amerikanın Orlando şəhərində (Florida ştatı) kütləvi qətl törətmiş cinayətkarın atasıSeddik Mətin NBCtelekanalının efirində oğlu Ömər Mətininyerinə üzr istəyib,  Adalet.az RİA Novosti-yə istinadən xəbər verir.

Onun sözlərinə əsasən, baş verənlərin dinlə heç bir əlaqəsi yoxdur. Lakin o etiraf edib ki, cinayətin səbəbi qeyri-ənənəvi seksual yönümlülərə nifrət ola bilər.

S.Mətin qeyd edib ki, oğlu bir dəfə iki kişinin öpüşdüyünü görəndə özündən çıxmışdı. Atışmanın baş verdiyi Pulse klubuna əsasən seksual azlıqların nümayəndələri gəlirlər.

****

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən "Pulse” gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

Adalet.az-ın "RİA Novosti”agentliyinə istinadən verdiyi məlumata görə, bunu Orlando meri Baddi Dayer açıqlayıb.

B. Dayer deyib ki, terror aktı nəticəsində 20 nəfər yox, 50 nəfər ölüb.

****

ABŞ-ın Orlando şəhərindəki gecə klublarından birində baş verən atışma zamanı20 nəfər həyatını itirib.

Adalet.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Orlandonun polis şefi Con Mina keçirdiyi mətbuat konfransında məlumat verib.

"42 nəfər xəstəxanaya yerləşdirilib və təqribən 20 nəfər klubda ölüb”, — deyə Mina yerli telekanallarla yayımlanan mətbuat konfransında bildirib.

****

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən "Pulse” gecə klubuna silahlı basqın olub.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs gecə klubuna girərək insanları girov götürüb.

Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı şəxsi zərərsizləşdirə biliblər.

Şahidlər verdiyi məlumata əsasən,atışma zamanı ən azı 25 nəfər yaralanıb.