ANA SƏHİFƏ / YAZARLAR

CƏLLADSIZ EDAMLAR

28427    |   2016-06-11 09:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son illər sosial-iqtisadi inkişafın cəmiyyətə müəyyən nikbinlik təlqin etməsinə baxmayaraq, keçmişlərə nisbətən intihar və qətl hadisələrinin artması ciddi narahatlıq yaratmaqdadır. Biz uzaq okeanlarda balinaların, bəzən də delfinlərin kütləvi intiharlarına o qədər acıyır və bütün bunların səbəblərini öyrənməyə o qədər dərin maraq göstəririk ki, az qala ömrümüz boyu görmədiyimiz bu dəniz məməlilərini okeanşünaslar səviyyəsində tanıya bilirik. Heyvanlara sevgi və mərhəmətimizdəndirmi?
... Ölkədə isə hər gün orta hesabla 2-3 intihar hadisəsi qeydə almır. Yeniyetmələr, gənclər, orta yaşlılar, hətta 75-85 yaşa qədər ömür sürənlər... Tanrı dərgahına hazırlaşan qocaların intiharı daha ağırdır, daha faciəvidir. Çox yaşamağın, uzunömürlülüyün, bütün bunların sonunda quruca bir varlıq kimi taqətdən düşüb bu dünyayla vidalaşmaq istəyinin çarəsi heç vaxt intihar ola bilməz. Balinalar da belə etməz. Guya ki, ekologiyanın pozulmasına etiraz olaraq kütləvi intihar təşkil edirlər. Əsl həqiqəti tapa bilməyən alimlərin uydurmasından başqa bir şey deyil.
Xarakiri də tamam ayrı fəlsəfədir - müasir intiharlarla əlaqəsi yoxdur.
Folknerin əsərlərində isə bənzər düşüncələrə rast gəlirsən və inanırsan ki, taqətsizlik 95-105 yaşlı insanı məhz bu cür danışdıra bilər: "İlahi pərvərdigar! Bu dünyadan bezdik axı. Bu qədər də yaşamaq olar?..." Vəssalam! Yoxsa ki, tez-tələsik kəndir və kətil axtarmaq? İnsan ömür boyu rahatlıq arzulayır. Ancaq hər dəfə Tanrısı ilə söhbət edə-edə buna nail olur.
Mən fikir vermişəm. Mətbuatımız da, sosioloqlar və digər qurum üzvləri də ölkədə baş verən intiharlara statistik məlumat və müəyyən qədər də mücərrəd faciə səviyyəsində diqqət yetirirlər. Səbəblər araşdırılmağa başlayan kimi yarımçıq qalır, unudulur. Bəzən bir çox məsələlər cəmiyyətdən gizlədilir də. Hələ də mentalitet və xahiş-minnətlər öz rolunu oynayır. Elə əsasən də biz özümüz, mətbuat işçiləri başqasının "dərdini təzələmək" istəmirik. Başa düşüləndir, ancaq...
Keçmişlərdə, lap elə yaxın keçmişin sovetlər dönəmində intihar hadisələri nadir hallarda baş verirdi. Adətən ruhi əsəb çatışmazlığı və iradəsi zəif olan qadınlar hansısa banal səbəb üzündən üstünə neft töküb kibriti çəkirdi. İnsanlar bu cür hadisələri eşidib dəhşətə gəlirdilər, uzun müddət bu faciədən danışırdılar.
Keçmişlərdə adi, sıravi adamların özünəqəsd faktı bəzən illərlə, onillərlə ara verib. Əksinə, yuxarı təbəqənin və məşhurların intiharları daha çox diqqət mərkəzində olub. Təbii ki, məşhurların intihar yolu ilə həyata vaxtsız vida etmələri uzun illər boyu danışılıb və danışılmaqdadır. İmpressionizmin dahi nümayəndəsi Van Qoqun, eləcə Mayakovskinin, Yeseninin, Hemenqueyin... intiharı, Mayerlinq əhvalatı... Bunlar daha çox aristokrat intiharlar da sayıla bilər.
Qəfildən respublikamız timsalında fikirləşəndə ağrılı intiharlar sırasında ilk yadıma düşənlər Heydər Hüseynov, indi demək olar hamının unutduğu Sərdar Əsəd və mərhum qardaşımın tələbə yoldaşı Ülkərin faciələridir. Əliağa Kürçaylının qızı Ülkərin...
Sonra başqalarını da xatırlayacağam. Ancaq məqsəd bu deyil, məşhur və ya tanış intiharlardan məlumat xronologiyası hazırlamıram. Əsas məqamı diqqətə çatdırmaq istəyirəm. İndi intihar edənlərin əksəriyyəti kasıb təbəqənin, müəyyən qədər də hələ formalaşmamış orta təbəqənin insanlarıdır. Uşaqlardan tutmuş qocalaradək! Mən demirəm ki, varlılar, ünlülər də bu bəşəri faciəyə qoşulsunlar. Allah qorusun! Ancaq ətrafımızda baş verən bu qeyri-adi ölüm hadisələrinə laqeyd qalmağa haqqımız yoxdur. Xüsusilə də mətbuatın. Ciddi müdaxilə lazımdır. Dolanışıq və kasıblıq mütləq bəhanə ola bilməz. Xatırlasaq çox kasıb və acınacaqlı dövrlər olub və heç o vaxtlar da indiki intiharların onda biri baş verməyib.
Cəmiyyətin bu dərəcədə biganəliyi də olmayıb!
Heç din xadimlərimizin də səsi çıxmır...



YAZARIN ARXİVİ

2018-10-08 : PİS ADAM YOLDA
2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK