RUHUN BAXIŞLARI ALTINDA...

ƏBÜLFƏT MƏDƏTOĞLU
49755 | 2016-06-10 14:46


Adətəniçimə hopan və anbaan da qanıma, iliyimə işləyən sözü, fikri, hadisəni,gördüyümü, eşitdiyimi, bir sözlə, rəngindən, çəkisindən, formasından asılıolmayan bir varlığı, bir mahiyəti yaşamaq, onu özündə daşımaq mənə çox bahabaşa gəlir. İnanın ki, bu dediklərimi qanımda, ruhumda, canımda hiss etdikcə məndə yavaş-yavaş özümdən xəbərsiz həmin o mənə hopana, məni öz aurasına alana köçedirəm. Necə deyərlər, dərzi kimi iynəmi sancmışam yaxama, səyyah kimi çantamıatmışam kürəyimə və çıxıb gedirəm. Heç kimə də heç nə demədən. Getdiyimi birAllah bilir, bir də özüm. Özümdən də daha çox ruhum. Çünki məni getməyə vadaredən, necə deyərlər, yır-yığış hökmü verən Allah mənə ruh vasitəsiylə həmin ohökmü icra etmək şəraiti yaradır, imkanı verir...

Vəbeləcə, çıxıb gedirəm. Özü də bax burda mütləq deməliyəm ki, mən gedəndə necədeyərlər, ellikcə gedirəm, bütün dünyamı özümlə aparıram. O dünyamı ki, getdiyim yer qapısını o dünyanın üzünəaçıbdı. Orda mən yad deyiləm... orda mən qonaq sayılmıram... və orda mənim özişim var... Mən də sözün qara fəhləsi kimi qolumu çırmayıb orda qum ələyirəm...palçıq qarışdırıram... daş yonuram... divar hörürəm... Və bütün bunlar cümlələrə çevrilir. Bu, Çin səddinindivarı deyil. Bu, sözün divarıdı. Həmin divarın üstünə çıxmaq olmaz. Çünki sözAllahındı, yaradan Odur. O divardan sadəcə boylanmaq olar, əllərini qaşınınüstünə qoyub boylanmaq, lap uzaqlara baxmaq olar... Orda nə görəcəksən, nəgörünəcək, bu da başqa bir dünyanın sözüdü, dünyanın görüntüsüdü. Ona qədər isə...

Hə, bax indi mənəhopmuş, qanıma, iliyimə işləmiş yazının, daha doğrusu, məktubun vərəqləriniçevirirəm, say etibariylə cəmi beş məktubdu. Amma bu beş məktubun vərəqlərininsayı bəlli olsa da, sözlərinin, cümlələrinin, nöqtə-vergülünün sayı bəllideyil. Özünə əziyyət verib saymağa da ehtiyac yoxdu. Ona görə ki, o sözün hərbiri bir andı... o sözün hər biri bir sevgi ifadəsidi... o sözün hər biri birbağlantıdı... Və bu dediklərimi bir məxrəcdə toplayan isə Ruhdu! Özü də elə-beləruh yox, ayaqlarının altı cənnət olan Ana Ruhudu! Deməli, o məktublardakı sözlər,işarələr iki dünyanın arasındakı körpüdü. Körpünün bir ucu burda, mənim, sənin,onun yaşadığı dünyada ikinci minilliyiniaşıran Yer kürəsində, o biri ucu isə Tanrı dərgahında ayağının altında cənnət olan Ananınruhundadı, onun nəfəsində, onun baxışlarında, onun təbəssümündə, onun çöhrəsində,onun zəhmətində, onun südündə, onun alicənablığında, onun evdarlığında, onunailəcanlılığında, onun ağbirçəkliyindədi. İndi özünüz düşünün. Görün, bu beş məktubdanə qədər məqam var, nə qədər gözlə görünməyən, amma ruhun gedib gəldiyi yolvar. Bu yol da elə-belə yol deyil. Bu yol, məktub sahibinin vurğuladığı olumdanölümə olan yoldu... bu yol özündən özünə yoldu... bu yol övladdan anayayoldu... bu yol oğuldan anaya yoldu... bu yol bu gündən həm dünənə, həm dəsabaha yoldu... Deməli, bu yolda bir Zəmzəmşırıltısı, bu yolda bir layla səsi, bu yolda bir xeyir-dua çələngləri, bu yoldabir uğur diləyi, bu yolda bir "xoş gəldin" sədası müşayiətçidi. Çünkibu yolla keçib gedənlər öncə dediyim kimi, hara getdiklərini bilirlər. Və buyolla kimin gəldiyindən də qarşılayanlar halidilər. Düşünməyin ki, bütün bunlarbir pafosdu, sözlərin bir-birinə calaq edilməsidi. Yox, əgər belə düşünsənizyanılacaqsınız və sizin içinizdəki sevgi pardaqlanmayacaq, çiçək açmayacaq.Çünki siz onun üstünə şübhə toxumu səpirsiniz... onun üstünə qara kölgəsalırsınız və unudursunuz ki, yerdən ruhun olduğu nöqtəyə qədər məsafəni inamsız keçmək olmaz. Özündən-özünəümidsiz yola çıxmaq mümkün deyil. Deməli, hər iki halda siz yarımçıq, tamlığınıitirmiş bir əşyaya, lap olsun bir canlıya çevrilə bilərsiniz. Bu da olsa-olsa həyatda birsay göstəricisi ola bilər. Necə deyərlər, Allahın sevdiyi, bəndənin görüşünəqollarını açdığı insanlardan yox, sadəcə, yer tutanlardan biri. Mən bunu kimsəyəarzu etmərəm. Axı, yaranan sevilməlidi. Çünki Yaradan onu məhz olumdan ölümə qədərkiyolu sevgiylə, ümidlə keçib getmək üçün yaradıb. Və onun boynuna hamı kimi gərəkliolmaq, hamı üçün yaşamaq donu da biçibdi. Mən bu məqamda bir sözün də ilməsinətoxunmaq istəyirəm. O da həmin məktublarda vurğulanan ad məsələsidi. Əslində buad məsələsi o məktubların vərəqlərə köçürülməsinə təkan verən bir şərtdi.

Vəməktubların müəllifi ilk sözünü məktubuoxuyanlara çatdırmaq üçün bir neçə səmtə əl atıb, diqqət yetirib. Onun biri dəad məsələsidi. Və bu məsələni çox sadə bir üsulla gətirib qoyub gözümüzünqarşısına. Sonra bəzilərimizin bildiyi, bəzilərimizin bilmədiyi bir işarəni,bir çınqını alışdırıb hərəkətə gətirib. Bu işarə, bu çınqı da "məktub"sözüdü. Məktubun mənası məhz burda açılıb. Axı, məktub insanın alın yazısıdı, qədəridi, onun həyatıdı,onun yaşamıdı və məktub həm də Uca Varlıq tərəfindən yazılır, bir də o UcaVarlığın yazdığını yer üzündəki bəndələr kağız-qələm vasitəsiylə bir-birlərinəçatdırırlar, bir-birlərinə ötürürlər. Yeddi nəsil ardıcıl olaraq bu məktublarvasitəsiylə bir-birində yaşayır, bir-birinə köç edir. Üstəlik, bu ad həm də sahibini göstərir, təqdimedir...

Bu yerdə "Məktub"müəllifinin bir fikriylə müəyyənqədər razılaşmıram. Çünki müəllif adın hərşeyi ifadə etdiyi kimi, bəzən uğursuz da olduğunu, yəni aid edilən fərdin o adıdoğrultmadığını da vurğulayır və çox haqlı olaraq bunu şəraitlə də, mühitlə də,məkanla da bağlayır. Amma bir gerçək dəvar ki, o da atanın gözünü çıxarıb Koroğlu olmaq istəyidi. Axı, onda Koroğludemirlər, kor kişinin oğlu deyirlər!!! Bax, bu mənada adın işığı, adın rəngi,adın tutumu həmişə sevinc gətirmir... həmişə adamın əlini Tanrı ətəyinəçatdırmır. Bütövlükdə isə həqiqətən ad çox böyük mənanı, çox böyük mətləbləri ifadə edir. Bubir gerçəkdi!

Hə, mən beş məktubdansöz açdım və sözümün bir nöqtəsində ad məsələsini qabartdım. İndi də keçirəm buməktubun, bu adın söykəndiyi, üz tutduğu, yol getdiyi mətləbə. O ünvana ki,onun həm ad kimi mənası, həm varlıq kimi mahiyyəti dünyanın bütün nöqtələrində,dünyanın bütün insanları üçün eyni və son dərəcə ləkə götürməyən, müqəddəsdən dəmüqəddəs bir varlığı təqdim edir. Bu da Anadır! Dinindən, irqindən, dilindənasılı olmayaraq, bütün insanlar üçün bu zərif məxluq müqəddəsdi, güclüdü,dözümlüdü, səmimidi, halaldı, pakdı, işıqdı, sirr yeridi, xilaskardı və toplumhalında Mələkdi! Az-çox düşünmək, dərk etmək qabiliyyəti olan hər kəs bilir ki,anadan əziz, anadan müqəddəs və nəhayət, ana qədər də yanımlı, ana qədər də zəhmətkeş,ana qədər də cəfakeş ikinci bir varlıq yoxdur. Yeri gəlmişkən, biz doğulduğumuzməkana da Ana Vətən deyirik. Müəllif də bunu vurğulayıb. Çünki doğulduğumuz məkanbizə ana qədər əzizdi, doğmadı, bizi qoynunda bəsləyir, bizi ayaqda saxlayır,bizi yaşadır və sonda da bizi yenə qəbul edir. Yəni canımız, varlığımız olanana ruhuyla bizi içində, dünyasında saxlayır. Bizi yaşadan və bizi ayaqdasaxlayan Ana vətən isə sonda cismimizə sahib çıxır. Burda da biz olumdan ölümə,həm də ölümdən oluma bir yolçuluq etmiş oluruq!..

"Məktub"larıoxuyuram. Birinci məktubda mənim bir oxucu olaraq anladığım məqam övladın anailə, daha doğrusu, bu dünyanın insanının Tanrı dərgahında olan ana ruhuyla söhbətininşahidi oluram. Amma məlumdu ki, ruhlar danışmır, ruhlar hiss etdirir. Müəllif də,yəni oğul da ana ilə, daha doğrusu, onun ruhu ilə hal-əhval tutur, danışır,sualların cavabını o danışığın içərisində oxucuya köçürür. Hiss edirsən ki,oğulun sualının cavabı qarşı tərəfdən növbəti sualda, növbəti cümlədə artıqverilir. Çünki o məktubu yazan məqamda oğul da bu dünyada olmur, oğul da məktuburuhuyla yazır... ruhlar görüşür, ruhlar söhbət edir... Hətta mənim bir oxucukimi çox yaxşı tanıdığım görkəmli yazıçı-publisist, sözün, jurnalistikanınmogikanlarından olan, möhürünü jurnalistikaya, publisistikaya əbədi həkk etmişcanlı klassikimiz Əli İldırımoğlunun məktubarxası obrazı da o ruhların söhbətinəelə qovuşdurulur, o söhbətlər də elə iştirak edir ki, bəzən mənə elə gəlir ki,Əli İldırımoğlu ruhuyla bu məktubun yazılma prosesini hətta, bu məktublaşmanımüşayiət edir. Və mən, inanın ki, tam səmimiyyətimlə deyirəm, məktubu oxuduqcaelə hiss edirəm ki, dəyişən səhifələri mən çevirirəm, vərəqləri mən əvəzləyirəmbir-biriylə. Bu da elə-belə mənim müəllifə və yaxud digər oxuculara xoş gəlmək üçün dediyim söz deyil. Bu mənim də öz anama içimdə yazdığım, misralaraçevirdiyim duyğuların başqa bir formasıdı, başqa bir şəkildə ifadəsidi. Axı, əvvəldəvurğulamışdım, dilindən, dinindən, irqindən asılı olmayaraq hər kəsin, yəni bütün insanların sevgisinin birləşdiyiünvan Anadı! Məhz ona görə də Ana Tanrı dərgahında, Cənnət bağında yaşayır. İstəyir bir övlad anası olsun, istəyir on. Və yaxudda bəxtinə övlad düşməsin. Amma onların həyatdakı, cəmiyyətdəki qadın missiyalarıtəkcə övlad dünyaya gətirmək deyil axı. Onlar zəif və zərif cins olaraq əslindəişıqdılar... əslində gücdülər... əslində ikinci tərəfi, yəni güclü cinsi idarəedirlər, ram edirlər, yönəldirlər. Bu, yaşama, inkişafa, formalaşmaya verilən təkandı,göstərilən xidmətdi. Deməli, bütün hallarda ana da, bacı da, qız övladı da oböyük sevginin daşıyıcısıdı.

"Məktub"larıoxuyuram. O məktublar bir analı dünyanın ayrı-ayrı anlarıdı. Qubadlıdanbaşlayıb, Naxçıvandan keçib, Ağdamdan ötüb Bakıya gəlib. Və bir də Bakıdanköçüb, Ağdamdan keçib, Naxçıvandan ötüb Qubadlıya qayıdıbdı. Yəqin bu yol sizəbir az qəribə gəldi. Amma yox, bu qəribə deyil, bu bir gerçəkdi. Axı yololumdan ölümədi, ölümdən də oluma. Məktubun ünvanlandığı ana Qubadlıda doğulub,Qubadlıda sevib ailə qurub. Və sonra ömür-gün yoldaşıyla gəzib Naxçıvanı,Ağdamı, Bakını. Gəzib, keçib, köçüb gəldikcə də övladlarını, o cümlədən də məktubunmüəllifini özü ilə gətirib - əvvəl qucağında... sonra əlindən tutub... sonrayanaşı addımlayıb... sonra da böyütdüyü ağacın əhatə dairəsində kitablarasığmayacaq anların məktuba çevrilməsinə səbəbkar olub. Yəni mahiyyətəçevrilibdi! Ona görə də o Ananın övladına, xüsusilə ailənin böyüyünə, yəni Əliİldırımoğluna olan bir qadın, bir ailə xanımı, bir ev təsərrüfatını idarə edəninsan kimi obrazı çox bütövdü, kamildi. O anada iddia yoxdu! O anada sevgi var! O anada tələb yoxdu! O anada qayğı var! O anada hərislikyoxdu! O anada gözütoxluq var! O anada təkəbbür yoxdu! O anada hamilik var! Oanada qamarlamaq, yığmaq, toplamaq yoxdu! O anada olanı paylaşmaq, bölüşmək,hamını yerli-yerində görmək ustalığı var! Elə bil ki, Allah onu bu dünyayaehtiyacı olanın əlindən tutmaq, ac olanın süfrəsinə çörək qoymaq, yıxılanınqolundan tutub qaldırmaq, xəstənin dərmanını çatdırmaq, əzilənin haqqınıqorumaq üçün göndərib. Elə bil ki, Allah o ananı qonşuları, qohumları, el-obanıbir-birinə bir az da doğmalaşdırmaq, bir az da mehriban etmək üçün göndərib. Eləbil ki, Allah o ananı şam kimi alışıb günəş kimi işıq saçmaq, ailəsinin,övladlarının, ətrafının dünyasını işığa qərq etmək üçün göndəribdi.

Bütünbunları mən o məktublardan oxudum, o məktublardan götürdüm. Elə birinci məktubdamən tam əmin oldum ki, ad məsələsi elə-belə deyilmiş. Çünki o ananın özü ruh şəklindəövladında, doğmalarında, onu tanıyanlarda yaşadığı kimi, onun adı da övladınınnəvəsində yaşayır. Ruh ölmədiyi kimi, ad da ölmür və...

Mənbu yazını elə burdaca yarımçıq saxlayıram. Çünki o biri məktubların hər birindəkioxşar məqamlardan başqa elə məqamlar da, elə nöqtələr də var ki, onu bir yazıdaifadə etmək, yəni içimə, canıma, qanıma hopanı təzədən qələmə, kağıza gətirməkçox çətindi. Adamın, yəni bu məqamda şəxsən mənim buna fiziki gücüm çatmır.Çünki başımın üstündəki o ruh, gözümün qarşısındakı qaçqın anam bomboz bozarmışsaçlarıyla, qırışmış çöhrəsiylə və quyu dibinə düşmüş gözləriylə mənə baxır. Bubaxışların altında "Məktub"larıbirnəfəsə öz bildiyim, duyduğum, anladığım kimi ifadə etmək çətindi. Yaman çətindi. Ona görə də buyarımçıq yazının ardını gözləyin.

ƏbülfətMƏDƏTOĞLU

[email protected]


TƏQVİM / ARXİV