adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Iyun 2016 13:27
56975
TEXNOLOGİYA
A- A+

Rusiyada yeni messencer yaradıldı

Rusiyanın "Rostex” holdinqinin törəmə "RT-İnform” şirkəti yerli şirkətlər və dövlət qurumları üçün messencerin tərtibatını yekunlaşdırıb.

Yeni messencer "Windows”, "Linux”, "Mac OS X” iOS və "Android” əməliyyat sistemləri ilə çalışacaq.

İstifadəçilər məlumat mübadiləsi apara, həmçinin qrup çatlarında ünsiyyət qura, audio və video zənglər həyata keçirə biləcəklər.
 
Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın İqtisadi İnkişaf Nazirliyi rusiyalı məmurlara və silahlı qüvvələrin zabitlərinə iş vaxtı xarici tərtibatlardan və mobil əlavələrdən yazışmalara qadağa qoymağı təklif edib.