adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Iyun 2016 10:30
38257
HÜQUQ
A- A+

Futbolçu Cavid Hüseynov apellyasiya şikayəti verib

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynov apellyasiya şikayəti verib.

 

Futbolçunun vəkili Adəm Məmmədov bildirib ki, Səbail rayon Məhkəməsinin C. Hüseynov barəsindəki hökmdən verilmiş şikayətə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

 

 

Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bir neçə gün əvvəl C. Hüseynov Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.