adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Iyun 2016 14:44
136689
AVTOMABİL
A- A+

Sürücülərin nəzərinə - Bu ərazilərə girmək olmaz

Bakıda Formula 1 yarışlarının keçirilməsi ilə əlaqədar yaranmış zərurətdən irəli gələrək, iyunun 9-u axşam saat 23:00-dan iyunun 10-u saat 16:00-dək paytaxtın mərkəzi küçələrindən olan Üzeyir Hacıbəyov küçəsinə doğru "Cavanşir" körpüsü tərəfdən, həmçinin kəsişən digər küçələrdən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisi qeyd edib ki, sürücülərə alternativ yol kimi Afiyəddin Cəlilov küçəsi ilə Yusif Səfərov küçəsindən yalnız sağa, metronun "Gənclik" və "Nəriman Nərimanov" stansiyalarına doğru, Yusif Səfərov-28 May küçələrinin kəsişməsindən isə 28 May küçəsi ilə Keykab xanım Səfərəliyeva küçəsinə doğru hərəkət etmək təklif olunur:

"Sürücülərdən xahiş ediirik ki, həmin istiqamətdə avtomobillərdən mümkün qədər istifadə edilməsin. Ümumiyyətlə, Formula 1 yarışlarının keçirilməsi üçün nəzərdə tutulmuş Neftçilər prospekti Dənizkənarı Bulvar boyu, Azneft dairəsi, Niyazi, İstiqlaliyyət, Puşkin, Xaqani, Zərifə Əliyeva, Akademik Əziz Əliyev küçələri, Bülbül prospekti, Qoşa Qala Qapısı istiqamətlərdə, eyni zamanda kəsişən bütün küçə və prospektlər üzrə şəxsi avtomobillərdən maksimum dərəcə az istifadə olunması tövsiyə edilir. Yarışlara çox az vaxt qalıb. Hazırda həmin istiqamətlər üzrə hərəkət qismən məhdudlaşdırılıb. Ona görə də yollarda sıxlığın yaşanmaması və tıxaca düşməməsi üçün bu tövsiyələrin nəzərə alınması xahiş edilir".