Çiyələklə oynamayın

ƏDİLZADƏ ƏDİL
124271 | 2016-06-09 13:03

Deyirəm bu işbazlar bizi lap çətin duruma salıb.Söhbət heç də qlobal problemlərdən, dünya siyasətindən, erməni-müsəlmandavasından, Türkiyə-Rusiya münasibətindən və son olaraq ABŞ-da keçirilənprezident seçkilərindən getmir. Bu gün söhbət açacağımız mövzu çiyələkləbağlıdır. Nədənsə illər keçdikdə bu çiyələyin ölçüləri astronomik həddəböyüyür. Sürətli inkişaf məhsulun həm görünüşünü, həm formasını, həm də dadınıdəyişib. O gün bazarda piştaxtaya yaxınlaşıb çiyələk almaq istəyəndə sözün həqiqimənasında bu meyvəni tanımadım. Dedim bəlkə hər gün 12 saat kompüter qarşısındaoturduğuma görə gözlərimdə problem əmələ gəlib?! Dərhal həkimə müraciət etmək qərarınagəldim. Ancaq indiki məvaciblə həkimlərin əlinə düşmək şalvarı satmağa bərabər olduğuüçün elə anındaca bu qərarından vaz keçdim. Satıcı ilə söhbət zamanı məlum olduki, satışa çıxarılan sözün həqiqi mənasında çiyələkdir. Ancaq bu çiyələyə necədeyərlər, əməlli-başlı barmaq olunub. İşbazlar yüksək çəki ilə çox pul qazanmaqistəyini məhz bu meyvə üzərində tətbiq edib və uğurlu nəticə hasil ediblər.Elmi dildə Geni Modifikasiya Olunmuş Məhsul kimi bildiyimiz meyvələr arasınaçiyələyi də daxil ediblər.

Məsələ nədir? Elmdən də məlum olduğu kimi, normalçiyələyin çəkisi 10-20 qram arasında dəyişir. Növündən asılı olaraq ənmaksimal, sanballı çiyələk 20-30 qramdan artıq olmur. Bu gün isə bazaraçıxarılan çiyələklər sanki şaftalını xatırladır. Onların çəkisi 50-60 qramtəşkil edir. Uzun sözün qisası bu çiyələk o çiyələk deyil. Yuxarıda qeyd etdimki, bu işbazlar bizi işə salıb. İş isə odur ki, indi gəl sən evdəki uşağa başasal ki, bu meyvə çiyələkdir. Ardı-arası kəsilməyən suallar qarşısında adam acizqalır. İlk sual isə axı bu çiyələk o birilərindən böyükdür?? Bu niyə belədir??Axı bunun rəngi bozarıb??? Deyirəm bəlkə bu yazını oxuyan işbazlar bəlkə bir azqeyrətə gələ.....

Sadaladığım başımıza gələn işlərdən birincisi və ənəsasıdır. Gələk ikinci məsələyə. Aydındır ki, çiyələk fərqli meyvədir. Yəni bumeyvənin tərkibində olan elementlər insan sağlamlığı üçün mühüm rol oynayır.Hətta bu meyvənin yarpaqları belə min bir dərdin dərmanıdır. Tibbi ekspertlərdeyir ki, çiyələkdəC, A, B vitaminləri, fol turşusu, yod, dəmir, kalium, kalsium, sink və s.mikroelementləri vardır. Bu giləmeyvənin güclü iltihab və mikrob əleyhinəxüsusiyyətləri vardır ki, o qrip, soyuqdəymə və burun-udlaq xəstəlikləri zamanıəsl təbii dərman kimi müalicəvi təsir göstərir. Çiyələk insanın immun sisteminigücləndirir, qan damarlarının divarlarını möhkəmləndirir, şəkərli diabetxəstələrdə şəkərin səviyyəsini aşağı salır, mədə-bağırsaq sistemininfəaliyyətini yaxşılaşdırır, öd daşı xəstəliyi zamanı çox xeyirlidir. Çiyələktəbii sidikqovucu sayılır. Bu səbəbdən də böyrək xəstəlikləri olanlar bugiləmeyvəni öz rasionlarına daxil etməlidirlər. Bundan əlavə çiyələk qara ciyərüçün də çox xeyirlidir. Qanazlığı zamanı bu giləmeyvənin qəbul edilməsi qanıntərkibini yaxşılaşdırır. Müalicəyə çətinliklə tabe olunan ekzema xəstəliyi(dəri xəstəliyi) zamanı çiyələk yaxşı kömək edir. Çiyələk mübadilə proseslərinisürətləndirir, artıq çəkidən azad olmağa kömək edir. Digər meyvə vəgiləmeyvələr kimi çiyələyi də qida qəbulundan dərhal sonra qəbul etmək olmaz.Bu halda mədədə qıcqırma prosesləri başlayır. Çiyələyi qida qəbulları arasıyemək lazımdır. Çiyələk hər zaman eşq, romantik münasibətlərlə assosiasiyaolunur. Bu da səbəbsiz deyil. Sübut olunub ki, giləmeyvənin tərkibində olansink mikroelementi həm kişi, həm də qadınlarda seksual meyli artırır. Çiyələktəbii antioksidant olaraq qocalma proseslərini ləngidir. Çiyələk əsasındahazırlanan müxtəlif üz maskaları qırışları hamarlayır, üz dərisini daha cavanvə parlaq edir. Bundan əlavə çiyələk maskaları çillər və piqment ləkələri,civzələr ilə mübarizədə çox yaxşı effekt verir. Bu kimi bir çox qiymətlixüsusiyyətlərinə baxmayaraq bəzi insanlara çiyələk zərər gətirə bilər. İlknövbədə bu allergiyadan əziyyət çəkən insanlara aiddir. Güclü allergik xüsusiyyətlərinəmalik olduğuna görə bu giləmeyvə hamilə və uşaq əmizdirən qadınlar və balacauşaqlar üçün əks göstərişdir. Həmçinin mədə xorası və qastrit xəstəliyi olaninsanlara da çiyələkdən imtina etmək lazımdır. Çiyələyi ilin soyuq fəsillərindəalmaq və yemək məsləhət görülmür. Digər meyvə və giləmeyvələr kimi təbii yollayetişdirilən çiyələyə üstünlük vermək lazımdır. Giləmeyvəni seçdikdə onunxarici görünüşünə fikir verin. Çiyələk orta ölçüdə (çox böyük olmamalıdır!),tünd-qırmızı rəngdə olmalıdır. Bundan əlavə çiyələyin ətri təbii olmalıdır.

Sadalananbu faktlar onu deməyə əsas verir ki, ölkəmizdə də becərilən çiyələk yaradantərəfindən məhz insanlar üçün nazil edilən meyvələr arasında xüsusi yer tutur.Təəssüfedici hal isə ondan ibarədir ki, bütün bunlara baxmayaraq bu günpiştaxtalarda harınlamış və standartlardan çıxmış çiyələklər satılır. Aidiyyətiqurumlar isə bunu görmür. Bəlkə də bu qurumlarda çalışanlar belə bu meyvələrdənqidalanır. Çarəsizlikdən....



TƏQVİM / ARXİV