adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Iyun 2016 11:15
51125
TEXNOLOGİYA
A- A+

Avropa çempionatı dövründə Eyfelin rəngini sosial media müəyyənləşdirəcək

Parisin rəmzi ola Eyfel qülləsi sabah başlayacaq 15-ci Avropa futbol çempionatına hazırdır.

 

 Eyfel oyunların keçiriləcəyi hər gün "Twitter” sosial şəbəkəsində ən çox dəstək alacaq milli komandanın rənglərinə boyanacaq.

 

"Twitter”in rəsmi səhifəsindən verilən açıqlamada bildirilib ki, Eyfel qülləsi hər matç günü sosial şəbəkədə ən çox bəhs edilən və dəstək alan komandanın rəngləri ilə işıqlandırılacaq. İşıqlandırma matçlardan 10 dəqiqə sonra başlayacaq.

 

Bundan başqa, "Twitter”də paylaşılacaq günün ən populyar mesajları da qüllənin üzərində əks etdiriləcək.