adalet.az header logo
  • Bakı 20°C

Vətənpərvərliyi təbliğ edən cəmiyyət

RÜFƏT SOLTAN
44426 | 2016-06-08 14:59

Qarabağsız günlərdən24 il ötür. Ömrünün ilk 6 ilini Şuşa haqqında məlumatsız yaşamış gənclərimiz İndi çiynində silah postda dayanıb.

İnsanböyüdükcə vətən anlayışını daha dərindən dərk edir. Hər kəsin daxilində pisliklə bərabər yaxşılığın da gizləndiyi kimi, vətənə nankorluqla barəbər patriotizm da yer tutur. İnsan həyatda iki ünsürə tabedir: "Tərəddüt potensialı”na və "Körpəlikdən patriotizm”ə.

Ölkəmizin təhsil müəssisələri, ailə və vətəndaşlardan ibarət ictimai mühitdə baş verən gündəlik həyati proseslər uşaqlarımız, yeniyetmə və gənclərimiz üçün potensial həyatı təşkil edirlər. Sözü gedən paralel mühitlərdə yuxarıda sadaladığım "Tərəddüt potensialı” ilə "körpəlikdən patriotizm” qüvvələri bir biri ilə mübarizə aparır. Bu mübarizənin yekununda yetişkin bir azərbaycanlı gənc görürük. Bu gəncin hərbi xidmət yaşına çatdığı andan artıq hansıpotensial mühitin onun üzərində qələbə çaldığını məhz müvəqqəti hesab olunan gəncliyin ağır mərhələsində müşahidə(hərbi xidmət dövründə) etmək olar. Lakin müharibə şəraitində yaşayan ölkə üçün bu mühit onun üçün müvəqqəti deyil, sonuncu hadisə də ola bilər.

Tələbə olanda daha dərindən dərk etdiyim bir elmi-pedaqoji anlayışvardı: "Həyatda hər kəs sənin müəllimindir, səni tərbiyə edir”. Yəni bu kateqoriyaya həm ailə, həm də kənar aləm daxildir. Cəmiyyərtin sənə nə öyrətdiyi vacib amildir, çünki sənin öyrəndiklərin birbaşa cəmiyyətin biliyini ortaya çıxarır. Aprel ayında cəbhədə baş verən tarixi hadisələr fonunda paytaxt və digər rayonlarda və şəhərlədə müxtəlif aksiyalar keçirildi. Bu cəmiyyətin vətənpərvərlik anlayışını ötən illərə nisbətən daha aydın və hətta deyə bilərəm ki qabarıq, şəkildə üzə çıxardı. İnsanlardakı ruh yüksəkliyi elə özümüz tərəfindən dəstək olunmaqla yanaşı bəzi şəxslər tərəfindən təəccüb və maraqla qarşılandı. Sanki içimizdə neçə illərdir saxladığımız patriotizmi üzə çıxramışdıq. Sözsüz ki, ən böyük hakimiyyət xalqdır. Haqsızlıqlara ən doğru vəən səmimi reaksiya verən də vətəndaş birliyidir. Hesab edirəm ki, ötən illərdə hətta onilliklərdən bəri yetişkin gənclərimiz görmədiyi vətənpərvərlik tərbiyəsini aldılar. Burada nə "Tərəddüt potensialına” , nə də "Körpəlikdən patriotizm” amilləri rol oynamadı. Lakin sonradan tərbiyələnmə amili şübhəsiz ki vardı. Nəticədə hərbi xidmətə hazrlaşan gənclərimiz daha da ruh yüsəkliyinə sahibləndilər, gedib gələnlər isə səngərdə, postda dayandığı vaxtları,kazarmada qışın soyuğunda bir qat ədyalda yatdığı, yayın istisində cırcırama və həşaratların əhatəsində uyuya bilmədiyi anlarını yaddaşında bərpa etməyə başladı. Qürur hissi keçirdi,nostalji hisslərə qapandı və geri dönmək sevgisi onu askiyalara dəstək verməyə apardı. Çoxlarının marağına səbəb olan gənclərin küçələrdə vətən, vətən deyə bağırması əslində şübhələr də yaradırdı: Onlar doğrudanmı səfərbərliyə hazırdılar?.. sualının cavabı şübhəsiz ki, müsbətdir. Lakin bəzi bədniyyətli vətəndaşlarımız bunu insanların təhtəlşüur olaraq, düzgün fitvə verməyərək, az-çox partiotların çağırışınıngüdazına gedərək etdiyini düşünürlər. Ola bilər ancaq xalq tarix boyu heç vaxt yanılmayıb.

Hadisələri az da olsa xatırlatmaqda məqsəd ondan ibarətdir ki, mövzumuzun əsas hədəfləri olan "Tərəddüt potensialı” və "Körpəlikdən patriotizm” faktorları 4 günlükmüharibə səhnəsində özünü göstərir. "Körpəlikdən patriotizm”lə yəni beşikdən vətənpərvərlik ruhu ilə tərbiyə olunmayan gənclərimizdə o günə kimi "Tərəddüt potensialı” vardı, daha doğrusuhəyatda net şəkildə hansı düşüncə və münasibətə malik olduqları sual altında idi. Lakinxalqın vətən, torpaq sevgisini görəndə vətən anlayışı bir şox gənclərin şüuruna həkk olundu.

RüfətSOLTAN


TƏQVİM / ARXİV