ƏLBİR OLUB BİR AYI BİR ŞİR İLƏ, OVLADILAR TÜRKİYƏNİ TƏDBİR İLƏ…

AQİL ABBAS
107413 | 2016-06-07 16:40

Deyəsən, qardaş Türkiyəninbizdən başqa dostu qalmadı. AKP-nin xarici siyasəti Türkiyəni dünyadan təcrid elədi.Və bu gün Türkiyə elə bir çıxılmaz dalana dirənib ki,ölkəni xilas etmək üçün yeni bir Atatürkə ehtiyacı var. Atatürklər də həftə-səkkizmən doqquz doğulmurlar, yüz ildə, iki yüz ildə ya doğulalar, ya da doğulmayalar.

AKP-nin iqtisadisiyasəti Türkiyəni qüdrətli dövlətlər sırasınaçıxara bildi, amma qüdrətli Türkiyənin də qüdrətli daxili və xarici siyasəti olmalı idi.Amma çox təəssüf ki, bunu bacara bilmədi.Çünki Türkiyənin siyasətçiləri siyasətlə yox, bir-biriylə söyüşməkləməşğuldurlar, iş-güclərini buraxıb bütüngünü mitinqlərdə və televizyonlarda şüar söyləməklə məşğuldurlar.

Bir türk yazıçısıvaxtilə Azərbaycanın görkəmli bir yazıçısınınevinə qonaq gəlir. Görkəmli yazıçımız onaiki otaq dolusu əlyazmalarını göstərir.Türk yazıçısı gedəndə deyir: «Bu herif hey yazıyor, hiç okumuyor?» İndi, türk siyasətçiləridə hey konuşuyorlar, heç çalışmıyorlar?

İraqla düşmən, Suriyailə düşmən, İranla miyanə, Gürcüstan da Gürcüstandı də, əlacsızlığından Türkiyəyəmehribandı, Yunanıstanla düşmən, Bolqarıstanla düşmən, Rumıniya ilə düşmən, Rusiyailə düşmən, hətta doğma qardaşı Özbəkistanla da düşmən, Ukraynanın da vəziyyətibəlli. Bunlar Türkiyənin qapıbir qonşularıdı, yəni çəpər-çəpərdilər. Fransa onun kimi, ən yaxın dostlarıalmanları da gördük. İngiltərənin baş naziri də Türkiyəni təhqir elədi, İsraillə də onun kimi. Az qala qardaş bildiyi ABŞ Türkiyəni İraqda da tələyəsaldı, Suriyada da. ABŞ vurhavur İraq və Suriyanın ərazilərindəkürd dövləti qurur, sonra da keçəcək Türkiyənin ərazisinə və artıq keçibdə.

Türkiyə də gedibSomalidə, Nigeriyada, Keniyada konsulluq binası açır, dost axtarır. Rəhmətlik BabaPünhanın dili ilə desək: «Somali, Nigeriya, Keniya it günündə, it də Somali, Nİgeriya, Keniya günündə».

Vaxtilə İran dünyadantəcrid olunmuşdu, amma bu ölkədə vahid bir ideologiya var və bu ideologiya da İranı məhvolmaqdan qorudu, yaşatdı. Və İrana qoyulan embarqolar hətta İranın xeyirinə işlədi və məcbur olub başlarını işlətdilər, hərbi sənayelərini qurdular, sualtı qayıqlarını yapdılar, təyyarələriniyapdılar, üç min kilometr vuran raketləriniyapdılar və sair və ilaxır və yavaş-yavaş da xarici siyasətlərini qurdular.İndi İrana düşmən olan dövlətlər, ABŞ da başda olmaqla, bu ölkə ilə dostlaşmağabaşladılar. Gördülər ki, İranı sıxmaqla heç nə qazanmadılar, nə parçalaya bildilər,nə vətəndaş müharibəsi yarada bildilər, nə də ac-yalavac qoya bildilər.

Türkiyə isə əksinə,bir-bir bütün dostlarını itirməyə başladıvə itirib bitirdi.

Vəəlbir olub bir ayı bir şir ilə,

OvladılarTürkiyəni tədbir ilə.

İndidə ayı ilə şir əlbir olub PKK-nı salıblar Türkiyənin üstünə. Əvvəl PKK bir bölgədə fəaliyyətgöstərirdi, indi Qara dənizdən tutmuş Akdənizə qədər, ordan da Ədirnəyə qədər.Məlumat verirlər ki, Şırnak və Diyarbəkirdəmindən çox terrorçu etkisiz hala gətirilib,yəni öldürulüb. Birincisi, bunlar bu şəhərə necə gəlibçıxmışdı, harda yatmışdınız? Daha doğrusu, yatmamışdız ey, seçim mitinqləriyapırdız. PKK-çı öldürməklə PKK bitməz, İŞİD-çiöldürməklə də İŞİD bitməz. Hər gün ABŞ-ın və Rusiyanın təyyarələriİŞİD-i bombalayır. Türkiyənin təyyarələridə Kandili. Nə olur?!

Rusiyanın təyyarəsinivuranda dedim ki, gərək Türkiyə belə etməyəydi. Çünki mən sabahı görürdüm.Düşdülər üstümə, dədəm-nənəm qalmadı, əbə-əcdadım qalmadı, söyhasöy. Hamı oldubozqurd, hətta Rusiyanın Azərbaycandakı sukalarıda oldu bozqurd, vətənsevər, millətsevər,Türkiyəsevər, nə bilim day nə sevər, mən oldum Vətən xaini, Rusiyanın agenti, nə bilim at gəldi örkən apardı, it gəldiçarıq. İndi Azərbaycanın bir çox siyasətçiləri, hətta millət vəkilləri deyirlər ki, Türkiyə Rusiyadan üzr istəməlidir. Nə onların dədə-nənəsinə söyənvar, nə də onları Vətən xaini adlandıranlar. Hardasınız,ə?! Bilirəm, bu yazını oxuyandan sonra da yenə vətənşüvənlik başlayacaq.

Mən türkçülüyü, bozqurdçuluğu,millətçiliyi təbliğ edəndə, əlimdəki qəzetləri az qala dünya türklərinin qəzetinə çevirəndə görənhardaydı bu vətənşüvənlər?

Mənə sosial şəbəkələrdəsöyənlər türk bayrağına sarılmışdılar və deyirdilər ki, Rusiya Türkiyə ilə müharibə eləsə gedib Türkiyətərəfdən vuruşacağıq.

Yadıma şair İlyasƏrnəfəs düşdü. Qarabağda savaş gedəndə bəyanatlarverirdi ki, İraqa getmək istəyirəm, Səddamın ordusunda ABŞ-la vuruşacağam. İlyasƏrnəfəs daha səmimi idi, nəinki bu vətənşüvənlər.

PKK Türkiyəyə savaşaçıb, bəs niyə gedib Türkiyə tərəfdən vuruşmursuz?Gedin də, viza da lazım deyil, gündə Türkiyəyə30 təyyarə uçur, yüzdən çox da avtobus gedir. Rəqəm bir az çox oldu, eybiyox.

Kərbəlayı Abbasqulu bəyə deyir: «Heç oğlum Yadullanın musibəti beləolmamışdı». İndi canımız, qanımız, qardaşımız, arka daşımız, ikinci dövlətimiz Türkiyədə baş verən müsibətlər, Türkiyəyə qarşı Avropada qurulantələlər, Suriya və İraqda qurulan tələlərTürkiyəsevərlər üçün, damarlarında türk qanı daşıyanlar üçün az qala Qarabağmüsibəti kimi bir müsibətəçevrilib. Hər gün terror, hər gün şəhidlər. Türk televizyonlarını açmaq, ümumiyyətlə, heç mümkün deyil, amma açmamaqda mümkün deyil. Türkiyənin olmayan türktelevizyonları da bu şəhid xəbərlərini,terror xəbərlərini, bu ölüm-itim xəbərlərini, hətta adi avtomobil qəzaları xəbərlərinielə təqdim edirlər ki, elə bil toy xəbərləri verirlər.

Hər səhər azı ikisaat Türkiyənin müxtəlif televiziya kanallarında xəbərləri izləməmiş evdən çıxmıram. Bu səhər çıxanda seyr etdiyim bir süjet, eşitdiyim bir xəbər yandırdı mənivə məcbur oldum bu yazını yana-yana da yazdım:

Səhər saatlarındaİstanbulda PKK-çılar polisləri daşıyan avtobusupartladıblar, 7 polis, 4 sivil ölüb, 36 da yaralı var.

İndii gözləyirəmgörüm, Almaniyanın, Fransanın, İngiltərənin, İspaniyanın, İtaliyanın cümhurbaşkanlarıvə ya başbakanları İstanbula gəlib Taksimdə qol-qola verib öz etirazlarını bildirəcəklərmi,Türkiyə xalqına başsağlığı verəcəklərmi?

Tanrı daha Türküqorumur, arkadaşlar. Qorumur ey, birdəfəlik bilin, Türk gərək özü-özünü qorusun!İndi Türkiyənin başbilənlərinin tarixdənsilib atmaq istədikləri Atatürkün dediyi ortada: «Türkün türkdən başqa dostu yoxdu!»


TƏQVİM / ARXİV